03 Sentyabr 2025 09:00
1951
Mədəniyyət
A- A+
Ziyarətinə gələnlərə ruhi rahatlıq verən abidə 

Ziyarətinə gələnlərə ruhi rahatlıq verən abidə 


Ölkəmizin ərazisi qədim tarixi abidələrlə, ziyarətgahlarla, məscid və mədrəsələrlə zəngindir. Azərbaycana gələn turistlər bu müqəddəs məkanlara həvəslə baş çəkir, tarixi min illərə gedib çıxan abidələrə böyük maraq göstərirlər. Beşbarmaq dağı da ölkəmizdəki nadir təbiət abidələrindən biridir. 

Əsrlərdən bəridir xalqımızın ziyarətgahına çevrilmiş Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarixi və mədəniyyət abidələri (Son Tunc - İlk Dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk Orta əsrlərə aid qala və XV-XVII əsrlərə aid karvansara qalıqları) çox qədim olmaqları ilə diqqət çəkir. İlk Orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi "Xəzər sahil mühafizə konstruksiyaları" daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib. Bununla da bu tarixi abidənin etibarlı qorunması təmin olunub. 

Hansı bölgədə, harada yerləşməsindən asılı olmayaraq, ölkəmizdəki bütün abidələr üzərində zaman-zaman mütəxəssislər tərəfindən elmi araşdırmalar aparılır və onun tarixi dərindən öyrənilir. Beşbarmaq abidələrinin elmi araşdırmalarına XX əsrdə başlanılıb. 1925-ci ildə heyətinə yerli və xarici alimlərin qatıldığı ekspedisiya abidə haqqında geniş məlumatlar toplamaqla bərabər, qala və divarlarının bəzi hissələrinin maraqlı və dəqiq təsvirini verib. Gərgin və səmərəli araşdırma nəticəsində mütəxəssislər abidə haqqında xeyli maraqlı məlumatlar toplayaraq ictimaiyyətə çatdırıblar. Lakin abidənin araşdırılması bununla tamamlanmayıb. Sonrakı illərdə də abidə üzərində mütəxəssislər xeyli araşdırma aparmış və dəyərli məlumatlar əldə etmişlər. 

Tarix İnstitutu tərəfindən yaradılmış Gilgilçay arxeoloji dəstəsi 1980-1985-ci illərdə Beşbarmaq abidələrində arxeoloji kəşfiyyat işləri aparandan sonra onun elmi təsvirini belə vermişdir: "Beşbarmaq səddi, əsasən, 5 tikinti kompleksindən ibarətdir. Buradakı paralel divarlardan ibarət müdafiə səddinin şimal hissəsindəki divar qalığı Beşbarmaq dağının ətəyindən başlayaraq dənizin sahilinədək uzanıb gedir. Səddin divarı əsasən 42 x 42 x 14 santimetr, 42 x 42 x 12 santimetr ölçüdə çiy kərpicdən tikilib". 

Beşbarmaq dağı ziyarətgah olması ilə yanaşı, Azərbaycanın ən tanınmış qaya dırmanma yerlərindən biri kimi də məşhurdur. Sal və sərt qayalar bənzərsiz mənzərələr yaratmaqla yanaşı, idmançılar üçün də olduqca əlverişli məkandır. Burada təbii qaya marşrutları həm yeni başlayanlar, həm də təcrübəli dırmanmaçıların məşq etməsi üçün əvəzsiz sahədir. İllərdir ki, ərazi yerli alpinistlər və dağçılıq məktəbləri tərəfindən təlim və məşq ərazisi kimi də istifadə olunur. 

Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə yaradılmış "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin, turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, qoruq ərazisində ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanılıb və ötən müddət ərzində bir sıra vacib elmi nəticələr əldə edilib. 2021-ci il iyulun 1-də Nazirlər Kabineti tərəfindən qoruğun əsasnaməsi təsdiqlənib. Beşbarmaq dağını ziyarət edənlərin sayının çox olduğunu nəzərə alaraq, abidələrin qorunması üçün əraziyə mühafizə polisinin nəzarəti də təmin edilib. 

Beşbarmaq dağı, xalq arasında "Xızır Zində piri" adlanan abidə elmi-tarixi baxımdan da Azərbaycan tarixində mühüm yer tutur. Tarixi mənbələrdə bu abidə haqqında olduqca dəyərli və maraqlı məlumatlar var. Belə ki, Erkən Orta əsrlərdə şimaldan gələn hücumların qarşısını almaq və müdafiə olunmaq üçün burada bir sıra sədlər və qalalar inşa edilib. Orta əsr mənbələrində adı çəkilən Beşbarmaq dağından dənizə qədər uzanan sədd Qafqaz Albaniyasının Xəzərsahili ərazilərində cənubdan başlayaraq inşa edilmiş sədlərdən birincisidir. Sasani şahı II Yezdəgirdin dövründə (V əsrdə) inşa olunduğunu qeyd edən alban tarixçisi Musa Kalankatuklunun verdiyi məlumata görə, V əsrin ortalarında Sasanilər əleyhinə başlanan üsyan zamanı bölgənin yerli əhalisi paralel divarların arasında gizlənib. VII əsr ərəb coğrafiyaşünasları Beşbarmaq paralel müdafiə sədlərini və çox güman ki, Beşbarmaq qalasını Xorevan adlandırır. Bəzi tədqiqatlarda isə buranın Şirvan vilayətini Xursan ölkəsindən ayıran Xursan qalası olduğu göstərilir. Ərəb coğrafiyaşünası Məsudi abidəni "Barmaq daş divarları" adlandırır. 

Alman səyyahı A.Oleari 1636-cı ildə Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan "Barmax" dağı haqqında maraqlı məlumatlar verib. A.Oleari Beşbarmaq qalasının təsvirini verərək yazır ki, dağın dibində yerli əhalinin "karvansara", "sığınacaq" adlandırdığı açıq həyətə daxil olduq. Səhərisi gün Beşbarmaq dağına qalxan A.Oleari daha sonra yazır: "Dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə qənaətə gəlmək olar ki, burada 51 bina və yaxşı istehkam var imiş. Uca barmaq qayasının ətəyində düz yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir".

1683-cü ildə Beşbarmaq dağında olan səyyah Kempfer yazırdı ki, bu dağ Qafqaz sıra dağlarının dənizə doğru çıxıntısı olub, bir tərəfdən həddindən artıq yüksəkdir, digər tərəfdən isə dənizə daha çox yaxındır. Bu yerin təbii imkanlarından istifadə edən qədim Midiya tayfaları dağın ətəyindən dənizin sahilinədək bir-birindən 300 addım aralı iki divar tikiblər. Müharibə zamanı bu divarlar arasında bütöv şəhər və ya ölkə əhalisinin hamısını yerləşdirmək olar. Bir fərsəng enində olan eyni formalı başqa bir divar da dağın zirvəsindən dənizə doğru uzanır.

Abidəni hərtərəfli ziyarət edən Kempfer, həmçinin dağın üzərində yerləşən Beşbarmaq qalasını da təsvir edir. Burada düz meydançanın, ondan 200 addım aralı isə kvadrat formalı dağıdılmış istehkamın olduğunu yazır. İstehkama üç tərəfdən kvadrat formalı daşlardan dayaq verilib. Dördüncü tərəfdən isə nəhəng qaya ilə əhatələnib. Sütun formalı nəhəng qayanın yuxarı hissəsindən irəli uzadılmış barmaq şəklində çıxıntılar vardır. Çıxıntılar arasında qeyri-müəyyən formaya malik bir az geniş və çökək sahə - meydança yerləşir. Əfsanəyə görə, müqəddəs peyğəmbər burada yaşayıb. Həmin yerə 22 pilləkəndən ibarət yeganə dairəvi, çətinliklə qalxması mümkün olan dar yol gedir. Kempfer digər səyyahlardan fərqli olaraq yalnız abidənin təsviri ilə kifayətlənməyərək həmçinin dini və əfsanəvi məlumatları da qeydə alır. Oradakı bulağın Xızır Zində adlanmasından, İlyas peyğəmbərin bulağı himayə etməsindən bəhs edərkən Kempfer İlyas peyğəmbəri qaya kimi göstərir.

Beşbarmaq dağı, qaya dırmanışı özündə tarixi bir ziyarəti birləşdirir. Bu isə abidəni ziyarətə gələnlərə həm fiziki, həm də ruhi bir rahatlıq verir. Dağın zirvəsinə qalxmaq - həm yüksəlmək, həm də keçmişə hörmətlə yanaşmaq rəmzidir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

Azərbaycanda pambıqçılıq regionlarda 300 minədək insanın rifahına təsir göstərir

12:28
24 İyun

Saatlı, Ağcabədi və Sabirabad pambıq əkinlərinə görə lider rayonlardır

12:26
24 İyun

İordaniya Nümayəndələr Palatasının sədri: İqtisadi inkişaf sabitliyin şərtlərindən biridir

12:25
24 İyun

Mozambik parlamentinin sədri: Parlamentlərarası əməkdaşlıq gücləndirilməlidir

12:25
24 İyun

Məcnun Məmmədov: Pambıqçılığın inkişafı istiqamətində islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub  

12:25
24 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib  

12:15
24 İyun

Rəşt-Astara dəmir yolunun tikintisi davam edəcək

12:12
24 İyun

Hazırda Mərkəzi Bank növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayır  

12:09
24 İyun

Prezidentin köməkçisi: Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur  

12:07
24 İyun

Puan Maharani: Azərbaycanın sədrliyi İƏT Parlament İttifaqında əməkdaşlığı gücləndirəcək  

12:01
24 İyun

Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

11:57
24 İyun

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

11:51
24 İyun

ABŞ-nin neft ehtiyatları azalıb

11:50
24 İyun

Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür  

11:49
24 İyun

Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir

11:49
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!