24 İyun 2026 12:38
120
SİYASƏT
A- A+
Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq


İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsi bizim üçün son dərəcə mühüm və dəyərlidir. Dost və qardaş Azərbaycan torpaqlarında bir daha olmaqdan böyük məmnunluq duyuruq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, dövr etibarilə dünyanın bu qədər böyük çalxantılar yaşadığı, böyük təlatümlərdən keçdiyi bir prosesdə İslam dünyasının vəziyyəti həqiqətən son dərəcə mühümdür: “Mən şəxsən dünyadakı proseslərin İslam dünyasının qarşısına qızıl imkanlar çıxardığını düşünürəm. Köhnə sistem dağıldı. Artıq o köhnə sistemin geri qayıtması mümkün deyil. Təkqütblü bir dünya sisteminin olması mümkün deyil. Heç bir ölkənin, heç bir regionun təkbaşına dünyanı idarə etməsi mümkün deyil. Yeni bir dövr başlayır. Burada tamamilə yeni mərkəzlər meydana gələcək. Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq. Burada İslam dünyası həqiqətən böyük bir potensiala malikdir, çox mühüm imkanları olan bir regiondur”, - deyə TBMM-in sədri qeyd edib.

N.Kurtulmuş qeyd edib ki, həm institusional, həm siyasi, həm də ideoloji mənada yeni bir islahat prosesinə ehtiyac var. İmkanlarımızı ortaq strategiyalar və layihələr halına gətirərək, önümüzdəki dövrdə İslam coğrafiyası dünyanın yüksələn ulduzlarından biri ola bilər. Bundan istifadə etmək hamımızın xeyrinədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Yəmən parlamentinin sədri: İƏT-in Bakı Sessiyası İslam birliyinə töhfə verəcək

12:59
24 İyun

Şimali Kipr parlamentinin sədri Bakıda keçirilən tədbirdə həmrəyliyə çağırış edib

12:51
24 İyun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

12:49
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!