08 Avqust 2024 17:48
114
DÜNYA
A- A+

“Zirə” “Osiyek”i keçəcək - Ağasəlim Mircavadov

 

“Zirə” son zamanlar stabil oyun nümayiş etdirir”. Bunu İdman.biz-ə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
O, “Zirə”nin Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”lə qarşılaşmasını dəyərləndirib.
Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi müdafiədə sakit və ağıllı oynayır: “Premyer Liqaya da olduqca yaxşı başlayıblar. İlk qarşılaşmalarında “Səbail”lə matçda böyük hesablı qələbə qazandılar. Bütün bunlar onu deməyə əsas verir ki, “Zirə”də çox dəyişikliklər var. “Şerif”lə ikinci oyunu istisna olmaqla, digərlərinə qarşı yaxşı inamlı çıxış etdilər. “Zirə” ev matçında daim həyəcanlı olur. Fikrimcə, səfərdəki matçda özlərini tamamilə göstərə bilirlər. Avrokubokla Azərbaycan çempionatı arasında fərq həddindən artıq çoxdur. Orada səhv etmək olmaz. Əks təqdirdə, ardıcıl qollarla cəzalancaqsan. Ümidim çoxdur. İnanıram ki, “Zirə” üstünlük əldə edərək, qələbə qazanacaq. Hətta bu mərhələni keçəcək”.
Onun sözlərinə görə, Xorvatiya klubu da zəif deyil: “Heyətində güclü futbolçular var. Legioner baxımından keyfiyyətli oyunçuları yoxdur. Amma hər şeyə hazır olmalıyıq”.
Qeyd edək ki, “Osiyek” - “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da “Opus Arena”da keçiriləcək.

“Azərbayçan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video