08 Avqust 2024 20:31
101
CƏMİYYƏT
A- A+

İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib

 

İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında təşkil olunan konfransda müzakirə edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış ediblər.

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə” mövzusuna həsr edilən konfransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların muxtar respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Konfrans beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin və yerli mütəxəssislərin iştirakı ilə panel sessiyalarla davam edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Xalxal kəndi yaxınlığında 40 hektar sahədə tikilib istifadəyə verilmiş “Naxçıvan Günəş Elektrik Stansiyası”na baxış keçirib, yaşıl enerjiyə keçid istiqamətində görülmüş işlərlə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video