Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baxış keçirib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baxış keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, nazir "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC-nin Şəkinin Daşüz kəndində yerləşən camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Nazir Məcnun Məmmədov, həmçinin "Aqroservis" ASC-nin Çələbixan qəsəbəsi və Cəfərabad kəndlərində yerləşən regional nümayəndəliklərinə baxış keçirib, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin, Aqrar Təlim Mərkəzinin regional bölməsinin, toxumçuluq laboratoriyasının, gübrə anbarlarının, texnika parkının fəaliyyəti ilə maraqlanıb.
Səfər çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində toxum anbarlarına, gübrə sınaqlarının aparıldığı qarğıdalı əkini sahələrinə, Şəki Toxum Emalı Zavoduna baxış keçirən nazir görülən işləri dəyərləndirib, tapşırıq və tövsiyələrini verib.
Məcnun Məmmədov, eyni zamanda, Vərəzət kəndində 8 hektar sahədə salınmış "Bioqarden" aqroekoturizm kompleksi ilə tanış olub, bu sahənin daha da inkişaf etdirilməsi üçün təkliflərini verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Paris-2024”: Bu gün fəxri kürsüdə iki azərbaycanlı güləşçi olacaq
08 Avqust
Həsrət Cəfərov: Sevinirəm, amma qızıl medalın yeri başqadır
08 Avqust
“Paris-2024”: Azərbaycan güləşçisi bürünc medal qazanıb
08 Avqust
Astanada dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub
08 Avqust
“Paris-2024”: Azərbaycanın bədii gimnastı çıxışını başa vurub
08 Avqust
Türkiyə və Qətər liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
08 Avqust
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
08 Avqust
ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər ölüb
08 Avqust
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
08 Avqust
Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baxış keçirib
08 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Kəlbəcərdən Xankəndiyədək...08 Avqust 2024
Vətən yolu06 Avqust 2024
Heydər Əliyev ideyalarını yaşadan Azərbaycan04 Avqust 2024
Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur 01 Avqust 2024
Qarşılıqlı maraqlara xidmət edən xarici siyasət28 Iyul 2024
Zəfər parkı qəhrəmanlıq simvoludur26 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!