08 Avqust 2024 20:33
109
Mədəniyyət
A- A+

Kanada mətbuatı İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşadan yazıb

 

Xarici mətbuatda ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinə “İslam dünyasının mədəniyyət paytaxtı” adının verilməsi geniş işıqlandırılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham Kanadanın www.thej.ca  saytında dərc olunmuş məqaləsində yazıb.

“Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Şuşa tarixdəki səyahətinə Qarabağ xanlığı dövründə əsası qoyulmuş, mədəniyyət və ticarət mərkəzi olan, inkişaf edən ipəkçilik və xalçaçılıq sənayesi sayəsində adı uzaq diyarlarda tanınan bir şəhər kimi başlayıb. 18-ci əsrdə şəhər Qarabağın paytaxtı olub. Bu dövrdə şəhərin böyüməsi və mədəni çiçəklənməsi baş verib, bura bir çox şairlərin, yazıçıların, musiqiçilərin və rəssamların vətəninə çevrilib.

Bildirilib ki, 19-cu əsrin sonlarında Şuşa artıq Qafqazın musiqi və mədəniyyət mərkəzi hesab olunurdu. Şəhər “Qafqazın İncəsənət Məbədi”, “Kiçik Paris” və “Azərbaycanın Musiqi Evi” kimi tanınıb.

Qeyd olunub ki, şəhərdəki bir çox tarixi tikililərin günümüzə qədər gəlib çatmamasının səbəbi şəhər işğal etdikdən sonra ermənilərin burada törətdiyi vandalizmdir. Məhz 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilməsi Şuşada Azərbaycan mədəniyyətinin məhv olması təhlükəsini sovuşdurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video