Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar haqqında, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması, yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin bərpası istiqamətində, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər, bu ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri haqqında iclas iştirakçılarına məlumat verilmişdir. İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.
İclasdan sonra iştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yeni alınmış texnikalarla tanış olublar.
Türkiyənin ədliyyə naziri Avropa Şurası strukturunun qərəzli mövqeyini tənqid edib
Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Tramp Kanadanın baş naziri ilə məhsuldar danışıqlar apardığını açıqlayıb
Əminə Ərdoğan: Bəşəriyyətin ekologiya gündəliyinə ədalətli yanaşmaya ehtiyacı var
Myanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb
90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq-Mərkəzi 6 korpusdan ibarətdir
Baş nazirin müavini: Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi Pakistan üçün əsas prioritet olaraq qalır
Şuşa şəhərinin Qarabağ küçəsində müxtəlif təyinatlı 10 binanın inşası aparılır - FOTOLAR
Bakıda keçiriləcək beynəlxalq konfransdan əvvəl Fransa və Niderland müstəmləkələrindən olan fəallar media nümayəndələrinin suallarını cavablandırıb
Qlobal Təzminat Hərəkatının Prezidenti: Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır
Allahşükür Paşazadə: Builki Ramazan bayramı bizim üçün daha dəyərli və əlamətdardır
Fransua Benedetti: Milli kimliklərin ləğv edilməsi və kolonializm tökülən qanların, tətbiq olunan gücün sayəsindədir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya və Fransa arasında danışıqlarda vasitəçi ola bilər
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Fransanın iqtisadiyyat naziri: Amerika məhsullarına gömrük tariflərinin artırılması yeganə həll yoludur
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Azərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq
Sarıcalı kəndində inşa edilmiş çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
Sarıcalı kəndindəki körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb
Sarıcalı kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!