28 Mart 2025 17:15
376
DÜNYA
A- A+
Fransanın iqtisadiyyat naziri: Amerika məhsullarına gömrük tariflərinin artırılması yeganə həll yoludur  

Fransanın iqtisadiyyat naziri: Amerika məhsullarına gömrük tariflərinin artırılması yeganə həll yoludur  


Fransanın iqtisadiyyat və maliyyə naziri Erik Lombard Donald Trampın ABŞ hüdudlarından kənarda istehsal olunan avtomobillərə 25 faiz vergi tətbiq etmək qərarına Amerika məhsullarına gömrük tariflərinin artırılması ilə cavab verməli olacaqlarını söyləyib.

AZƏRTAC xəbər verir ki, nazir “Ya buna icazə verəcəyik, ya da cavab verəcəyik, - deyə bildirib.

"Danışıqlar aparan Avropa Birliyidir və yeganə həll yolu azalmağa nail olmaq üçün Amerika məhsullarına gömrük tariflərini artırmaq olacaq. Biz hücuma məruz qalmış vəziyyətdəyik", - deyə E. Lombard “France Inter” radiosuna açıqlamasında söyləyib.

ABŞ Prezidenti Donald Tramp xarici avtomobillərə 25 faiz dəyərində yeni tariflərin aprelin 2-dən qüvvəyə minəcəyini açıqlayıb. Onun müşavirlərindən biri bildirib ki, bu, həmin mallar üzrə mövcud gömrük rüsumlarına əlavədir. İndiyə qədər tətbiq olunan dərəcə 2,5 faiz idi.

Fransanın iqtisadiyyat və maliyyə naziri Trampın açıqlamasını çox pis xəbər və işbirliyi olmayan hərəkət kimi xarakterizə edib. O, ümid edir ki, müzakirələr gərginliyin azalmasına kömək edə bilər. “Ümid edirəm ki, aprelin ortalarına qədər dialoq apara bilərik, lakin buna amerikalılar qərar verəcək",- deyə nazir əlavə edib.

“Bizim qitəmizdə müharibə vəziyyəti var və amerikalı müttəfiqimiz kəskin şəkildə iqtisadi siyasətini dəyişir. İqtisadiyyatlarımızı çətinliyə salacaq bu tarif müharibəsinə son qoymalıyıq", - deyə o, fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib YENİLƏNİB

13:33
01 Aprel

Dəmir yoluna çıxan piyadanı qatar vurub

13:31
01 Aprel

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

13:11
01 Aprel

“Qarabağ” və “Kəpəz” azarkeşlərinə görə cərimələnib

13:09
01 Aprel

Astanada ekspertlər COP29-dan sonra Qazaxıstanın iqlim hesabatını qiymətləndirir

13:08
01 Aprel

Bu gün Beynəlxalq Quşlar Günü qeyd olunur

13:05
01 Aprel

Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir  

13:03
01 Aprel

Körpə uşaqlarda göz zəifliyinin səbəbi nələrdir?

12:34
01 Aprel

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditinin həcmi açıqlanıb

12:26
01 Aprel

Ali Məhkəmə vahid mülkiyyət hüququna dair mühüm qərar qəbul edib

12:02
01 Aprel

Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb  

11:58
01 Aprel

Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı dövlət tərəfindən ödəniləcək  

11:56
01 Aprel

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

11:55
01 Aprel

“TRT Avaz”: Qarabağda işğalın izləri silinir

11:54
01 Aprel

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi yekunlaşıb

11:26
01 Aprel

Trans-Xəzər marşrutu layihələri Astana və Brüsselin diqqət mərkəzindədir

11:24
01 Aprel

Milli Məclisin növbəti plenar iclası keçirilir, gündəlikdə 15 məsələ yer alıb

11:23
01 Aprel

“E-polis”dən növbəti yenilik: artıq dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

11:22
01 Aprel

“Türkiye” qəzeti: Azərbaycanda ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb

11:21
01 Aprel

FHN: Bayram günlərində ümumilikdə 501 yanğına çıxış olub

11:20
01 Aprel

Aprelin 6-da imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

10:40
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!