28 Mart 2025 16:39
389
CƏMİYYƏT
A- A+
Azərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq

Azərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq


Kopenhagen şəhəri bu il mayın 7-8-də Braziliyada keçiriləcək COP30 çərçivəsində danışıqların istiqamətini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və nazirləri bir araya gətirən iqlim toplantısına ev sahibliyi edəcək.

AZƏRTAC Danimarkanın Energetika, Kommunal Təsərrüfat və İqlim Nazirliyinə istinadla xəbər verir ki, nazirlər toplantısı COP29-un nəticələrinin həyata keçirilməsi ilə bağlı əsas məsələləri müzakirə etmək və Belemdə COP30-dan əsas gözləntilərə dair kritik müzakirələrə qatılmaq üçün 40-a yaxın lider və naziri bir araya gətirəcək. Bu, milli iqlim planları da daxil olmaqla, ambisiyaları artırmaq və iqlim fəaliyyətlərini gücləndirmək istiqamətində səyləri artırmaq üçün əsas məqamdır. Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aaqaard COP30-un prezidenti vəzifəsinə Braziliya səfiri Andre Korrea du Laqo və fəaliyyətini başa vuran COP29-un Azərbaycandan olan prezidenti Muxtar Babayevlə birgə iclasa sədrlik edəcək.

Braziliyadan olan Andre Korrea du Laqonun bəyanatında deyilir: “Kopenhagendəki iqlim nazirlərinin görüşü iqlim gündəmini irəli sürmək və iqlim dəyişikliyi ilə mübarizədə dialoq və əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləmək üçün çox aktual bir forum olacaq. Bu tərəfdaşlıq hissi COP30-da uğurlu nəticə əldə etmək üçün kritik rol oynayacaq. Beynəlxalq ictimaiyyətə ünvanlanan birinci məktubumda qeyd etdiyim kimi, biz gələcəkdə üzləşəcəyimiz bir çox problemin öhdəsindən gəlmək üçün mümkün olan müxtəlif yolları araşdırmalıyıq”.

Öz növbəsində, COP29-un prezidenti Muxtar Babayev deyib: "Çoxtərəfli iqlim sistemi artıq konkret faydalar gətirib və biz Bakıda COP29-da nümayiş etdirdiyimiz cəsarət və həmrəylik ruhunu davam etdirməliyik. Bu prosesi davam etdirmək üçün hər bir ölkə indi ayağa qalxmalı, keçmiş vədlərimizi yerinə yetirdiyimizə və onların həyata keçirilməsinə doğru irəlilədiyimizə əmin olmalıdır. Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı iddialı fəaliyyətin davam etdirilməsi işinə qəti sadiqliyimiz üzrə aydın siqnal göndərməliyik".

Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aagaard deyib: "Qlobal iqlim fəaliyyəti və birliyi indi həmişəkindən daha vacibdir. Təəssüf ki, bəzi ölkələr geri çəkildikcə, davamlı gələcəyi təmin etmək üçün mətanətli olmalı və irəli getməliyik. Buna görə də mən qürur duyuram ki, iqlim gündəmini inkişaf etdirmək üçün əsas qlobal oyunçuları bir daha Kopenhagendə bir araya gətiririk."

Qeyd edək ki, Danimarka artıq dördüncü ildir ki, BMT Tərəflər Konfransının (COP) yeni və səlahiyyət müddətini başa vuran prezidentləri ilə birlikdə Kopenhagen İqlim Fəaliyyəti Konfransına ev sahibliyi edir.

Xatırladaq ki, Kopenhagen İqlim Fəaliyyəti Nazirlər Konfransı ilk dəfə 2022-ci ildə iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti gücləndirmək və BMT-nin illik iqlim sammitlərində iddialı nəticələrə yol açmaq üçün keçirilib. Bu iqlim nazirlərinin görüşü gələcək və hazırkı COP prezidentləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

14:01
01 Aprel

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

14:00
01 Aprel

Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir  

13:58
01 Aprel

Sabah bəzi yerlərdə leysan olacaq

13:57
01 Aprel

Vergi Məcəlləsinə kənd təsərrüfatı sahəsi ilə bağlı dəyişiklik təklif olunur

13:56
01 Aprel

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib

13:53
01 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib YENİLƏNİB

13:33
01 Aprel

Dəmir yoluna çıxan piyadanı qatar vurub

13:31
01 Aprel

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

13:11
01 Aprel

“Qarabağ” və “Kəpəz” azarkeşlərinə görə cərimələnib

13:09
01 Aprel

Astanada ekspertlər COP29-dan sonra Qazaxıstanın iqlim hesabatını qiymətləndirir

13:08
01 Aprel

Bu gün Beynəlxalq Quşlar Günü qeyd olunur

13:05
01 Aprel

Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir  

13:03
01 Aprel

Körpə uşaqlarda göz zəifliyinin səbəbi nələrdir?

12:34
01 Aprel

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditinin həcmi açıqlanıb

12:26
01 Aprel

Ali Məhkəmə vahid mülkiyyət hüququna dair mühüm qərar qəbul edib

12:02
01 Aprel

Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb  

11:58
01 Aprel

Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı dövlət tərəfindən ödəniləcək  

11:56
01 Aprel

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

11:55
01 Aprel

“TRT Avaz”: Qarabağda işğalın izləri silinir

11:54
01 Aprel

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi yekunlaşıb

11:26
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!