27 Noyabr 2026 11:34
93
CƏMİYYƏT
A- A+
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  


Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsinin müdiri Pərviz Yusifov, eləcə də rayonda yaradılmış qərargah üzvləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Yevlax rayonunda görülən işlərlə yerində tanış olmaq məqsədilə iri fermer təsərrüfatlarına və sahibkarlıq subyeklərinə baxış keçiriblər.

Səfər çərçivəsində “Yevlax Pilot Aqropark” MMC, “İSFA” MMC, “Quşçuluq firma” MMC, “AGROGREEN” MMC, “AZERBAİJAN COMPANY FOR POULTRY DEVELOPMENT“ MMC və digər fermer təsərrüfatlarının fəaliyyəti ilə tanış olmuşlar. Səfər zamanı kənd təsərrüfatının inkişafı, mövcud istehsal imkanlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparılıb. Fermer və sahibkarlar dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirərək, aqrar sahənin inkişafına töhfə vermək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

İri fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirdikdən sonra Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı iştirakı ilə görüş də keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyənləşdirilən vəzifələr, Dövlət Proqramının rayonda icra vəziyyəti və növbəti mərhələdə görüləcək işlər müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsinin müdiri Pərviz Yusifov çıxış edərək Dövlət Proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları barədə ətraflı məlumat vermiş və qeyd olunmuşdur ki, Dövlət Proqramının uğurlu icrası üçün hər bir aidiyyatı təşkilatlar öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, qarşıya qoyulan hədəflərin icrasına nəzarəti gücləndirilməli, görülən işlər üzrə mütəmadi monitorinq aparılmalı və nəticələr təhlil edilməlidir.

Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib, qarşılaşdıqları çətinliklər müzakirə olunub və növbəti dövr üçün hədəflər müəyyənləşdirilib.  Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

11:34
27 Noyabr

Kim Çen In taktiki nüvə silahının tətbiq sahələrinin genişləndirilməsi ehtimalını açıqlayıb  

11:30
27 Noyabr

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

11:17
27 Noyabr

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

11:09
27 Noyabr

Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

11:08
27 Noyabr

Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb 

11:07
27 Noyabr

Birjalarda neft bahalaşıb

10:58
27 Noyabr

Bu ilin on ayında əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlanıb

10:54
27 Noyabr

Vergi Məcəlləsində dəyişiklik edilir

10:53
27 Noyabr

Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib

10:51
27 Noyabr

Uzunmüddətli yuxunun gizli təhlükəsi 

10:48
27 Noyabr

Badara sakini: Sağ olsun dövlətimiz, məcburi köçkünlükdən qurtulduq 

10:36
27 Noyabr

Keçmiş məcburi köçkün: Öz yurdumuza qayıtmaq sevincini yaşayırıq

10:08
27 Noyabr

Tramp NATO müttəfiqlərinin İrana qarşı münaqişədə ABŞ-yə dəstək verdiyini bildirib  

10:07
27 Noyabr

Putin: Süni intellekt insanın əlində daha güclü silaha çevrilə bilər

10:05
27 Noyabr

Böyük Qayıdış: Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb  

09:30
27 Noyabr

Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir

09:10
27 Noyabr

Həm etiket, həm də dəyər

09:05
27 Noyabr

Bu gün səpilən toxum sabah çörəkdir 

09:00
27 Noyabr

Pambıq hər zaman qiymətli sərvət sayılıb

08:55
27 Noyabr

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!