27 Noyabr 2026 11:17
133
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  


Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub.

Dialoq zamanı Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanları, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımından belə müzakirələr əlavə imkan yaradır.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə inkişaf edib. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi üçün ortaq maraqların olduğu əsas istiqamətlərdir.

Dialoq zamanı tərəflər Orta Dəhlizin inkişafına dəstək məqsədilə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

11:34
27 Noyabr

Kim Çen In taktiki nüvə silahının tətbiq sahələrinin genişləndirilməsi ehtimalını açıqlayıb  

11:30
27 Noyabr

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

11:17
27 Noyabr

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

11:09
27 Noyabr

Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

11:08
27 Noyabr

Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb 

11:07
27 Noyabr

Birjalarda neft bahalaşıb

10:58
27 Noyabr

Bu ilin on ayında əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlanıb

10:54
27 Noyabr

Vergi Məcəlləsində dəyişiklik edilir

10:53
27 Noyabr

Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib

10:51
27 Noyabr

Uzunmüddətli yuxunun gizli təhlükəsi 

10:48
27 Noyabr

Badara sakini: Sağ olsun dövlətimiz, məcburi köçkünlükdən qurtulduq 

10:36
27 Noyabr

Keçmiş məcburi köçkün: Öz yurdumuza qayıtmaq sevincini yaşayırıq

10:08
27 Noyabr

Tramp NATO müttəfiqlərinin İrana qarşı münaqişədə ABŞ-yə dəstək verdiyini bildirib  

10:07
27 Noyabr

Putin: Süni intellekt insanın əlində daha güclü silaha çevrilə bilər

10:05
27 Noyabr

Böyük Qayıdış: Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb  

09:30
27 Noyabr

Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir

09:10
27 Noyabr

Həm etiket, həm də dəyər

09:05
27 Noyabr

Bu gün səpilən toxum sabah çörəkdir 

09:00
27 Noyabr

Pambıq hər zaman qiymətli sərvət sayılıb

08:55
27 Noyabr

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!