08 İyun 2026 18:34
476
SİYASƏT
A- A+
Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 


Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi baxımından mühüm hüquqi yeniliklər nəzərdə tutur.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, son illər sosial şəbəkələrin uşaqların gündəlik həyatında oynadığı rol əhəmiyyətli dərəcədə artıb və bu proses yeni hüquqi mexanizmlərin yaradılmasını zəruri edib. Onun sözlərinə görə, layihənin əsas məqsədi uşaqların zərərli məzmunlardan qorunması, onların şəxsi məlumatlarının təhlükəsizliyinin təmin olunması və sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasıdır.

“Layihədə ilk dəfə olaraq yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması, provayder və fərdi rəqəmsal hesab anlayışları qanunvericilik səviyyəsində müəyyən edilir. Bu, gələcək hüquqi münasibətlərin daha aydın tənzimlənməsinə və platformalar qarşısında konkret öhdəliklərin formalaşdırılmasına imkan yaradır”, - deyə deputat vurğulayıb.

O hesab edir ki, layihənin ən mühüm yeniliklərindən biri 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında fərdi hesab yaratmasının məhdudlaşdırılmasıdır. Onun fikrincə, beynəlxalq təcrübədə də uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı oxşar yanaşmalar getdikcə daha geniş tətbiq olunur. “Burada məqsəd uşaqları sosial həyatdan təcrid etmək deyil. Əsas məqsəd onların psixoloji inkişafına, təhlükəsizliyinə və şəxsi məlumatlarının qorunmasına yönəlmiş riskləri minimuma endirməkdir. Xüsusilə kiberzorakılıq, onlayn istismar, manipulyativ məzmunlar və asılılıq yaradan alqoritmlər uşaqlar üçün ciddi təhlükələr yaradır”, – deyə Müşfiq Məmmədli qeyd edib.

Layihədə valideyn nəzarəti ilə bağlı nəzərdə tutulan mexanizmləri də müsbət qiymətləndirən deputat əlavə edib ki, 16-18 yaşarası istifadəçilərin hesablarında reklamların məzmununa, platformadan istifadə müddətinə və digər təhlükəsizlik parametrlərinə qanuni nümayəndələrin nəzarət edə bilməsi ailələrin bu prosesdə daha fəal iştirakını təmin edəcək.

Onun sözlərinə görə, sənəddə sosial şəbəkə platformaları üçün müəyyən edilən texniki təhlükəsizlik tələbləri də xüsusi əhəmiyyət daşıyır. “Layihəyə əsasən, platformalar uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan məzmunların yayılmasının qarşısını almalı, geolokasiya məlumatlarının əlçatanlığını məhdudlaşdırmalı və manipulyativ dizayn elementlərindən istifadə etməməlidirlər. Bu, uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq”, - deyə deputat bildirib.

Fərdi məlumatların qorunması ilə bağlı müddəaları layihənin ən mühüm hissələrindən biri hesab edən Müşfiq Məmmədli qeyd edib ki, yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılmasının, üçüncü şəxslərə ötürülməsinin və ya reklam məqsədilə istifadəsinin qadağan edilməsi vətəndaşların məxfilik hüququnun müdafiəsinə xidmət edir.

“Layihə sosial şəbəkə şirkətlərinin Azərbaycandakı fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından da mühüm yeniliklər nəzərdə tutur. Belə ki, ölkə ərazisində xidmət göstərən platformalar Azərbaycanda qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə imkanları yaratmalı və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Bu yanaşma dövlət qurumları ilə beynəlxalq rəqəmsal platformalar arasında hüquqi münasibətlərin daha sistemli şəkildə qurulmasına imkan verəcək.

Bu gün bir çox ölkələr böyük texnologiya şirkətlərinin fəaliyyətini milli qanunvericilik çərçivəsində tənzimləməyə çalışırlar. Təqdim olunan layihə də məhz rəqəmsal suverenliyin, istifadəçi hüquqlarının və xüsusilə uşaqların maraqlarının qorunmasına yönəlmiş müasir hüquqi mexanizmlər formalaşdırır”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda uşaqların rəqəmsal hüquqlarının qorunması, sosial şəbəkələrdə təhlükəsizlik standartlarının yüksəldilməsi və platformaların ictimai məsuliyyətinin artırılması istiqamətində mühüm mərhələ olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!