13 İyun 2026 19:51
717
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  


İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan münasibətlərin inkişafına böyük önəm verdikləri, siyasi dialoq şəraitində iqtisadi-ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində konstruktiv siyasət yürüdərək regional və qlobal təhlükəsizliyin təmini ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Milli maraqların qorunması və ortaq strateji hədəflərin gerçəkləşdirilməsi üçün beynəlxalq platformalarda qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında YAP ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin rolu diqqətə çatdırılıb. Cari ilin may ayında YAP nümayəndə heyətinin Belarusa səfəri məmnunluqla xatırlanaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində YAP-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransların ölkələr və partiyalar arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Builki konfransın da mötəbər beynəlxalq tədbir kimi bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.

Sonra YAP ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!