07 Avqust 2024 21:38
100
DÜNYA
A- A+

XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir

 

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxa bilmədiyinə görə İranın özünün HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi ilə əlaqədar İsrailə cavab verməkdən başqa çarəsi yoxdur.
“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında bildirib.
“Hazırda İsrail rejiminin təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən heç bir tədbir görülmədiyinə görə İran İslam Respublikasının qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa çarəsi yoxdur”, - o deyib.
Xatırladaq ki, iyulun 31-də Haniyənin ölümündən sonra İranın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən bəyanat qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video