07 Avqust 2024 21:53
92
DÜNYA
A- A+

İran və Fransa prezidentləri arasında telefon danışığı olub

 

İran prezidenti Məsud Pezeşkian və Fransa prezidenti Emmanuel Makron arasında Yaxın Şərqdəki vəziyyətlə əlaqədar telefon danışığı olub. Trend-in məlumatına görə, bu barədə İran Prezident Aparatı məlumat yayıb.
Telefon söhbətində İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran regionda və dünyada sülh, stabillik və təhlükəsizliyin yaradılması, gərginlik, destabillik və müharibənin qarşısının alınmasına çalışır.
Pezeşkian əlavə edib ki, İran beynəlxalq sülh və təhlükəsizliyin bərpa olunması və müharibədən çəkinməyi özünün əsas prinsiplərindən biri hesab edir. Lakin beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.
Telefon söhbətində Fransa prezidenti Emmanuel Makron da HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. İran Haniyənin ölümündə İsraili ittiham edir.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video