07 Avqust 2024 22:35
125
DÜNYA
A- A+

Norveç şahzadəsinin oğlu polis tərəfindən saxlanılıb

 

Norveç şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Hoibi polis tərəfindən saxlanılıb. Trend “Dagbladet” nəşrinə istinadən xəbər verir ki, buna səbəb Oslodakı mənzillərin birində baş verən zorakılıq hadisəsidir.
Marius Borq Hoibinin 20-30 yaşlarında bir qadına hücum etdiyi bildirilir. Həkimlər xəstəxanada müayinə olunan qadına beyin silkələnməsi diaqnozu qoyublar.
Prokurorluq 27 yaşlı Borq Hoibiyə yüngül bədən xəsarəti yetirmək ittihamı irəli sürüb. Kral ailəsi hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, jurnalist ailəsində dünyaya gələn Mette-Marit 2001-ci ildə Norveç Şahzadəsi Haakon ilə evlənib. Marius Borq Hoibi anasının əvvəlki nigahından olan oğludur. Mette-Marit və oğlu toydan sonra kral ailəsinə üzv kimi qəbul ediliblər.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video