07 Avqust 2024 21:29
96
DÜNYA
A- A+

B. Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

 

İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.
TASS agentliyi xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.
O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.
Xatırladaq ki, daha əvvəl “Al Arabiya” telekanalı İranın və Livanın “Hizbullah” hərəkatının HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə qarşılıq verəcəyini gözlədiyini bildirmişdi. İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisini və parlamenti vurmağı planlaşdırır.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video