24 Aprel 2026 15:26
203
SİYASƏT
A- A+
XİN: Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək  

XİN: Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək  


Aprelin 24-ü Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur. Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı bəyanatında əksini tapıb.

Bəyanatda, həmçinin bildirilib: “Son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər.

2026-cı il ərzində ölkəmizin Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının Zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi Azərbaycanın artan nüfuzuna dəlalət edir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub. Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir. 2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur.

Eyni zamanda, Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır. Yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi strukturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib.

Azərbaycan, həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir. Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib.

Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

Tramp İrana nüvə zərbəsi endirilməsini istisna edir

16:36
24 Aprel

Dünyada son 20 ildə 94 seçki iqlim böhranları nəticəsində pozulub

16:32
24 Aprel

Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsi təqdir edilib

16:06
24 Aprel

Müşfiqabadda irimiqyaslı ağacəkmə aksiyası keçirilib

15:46
24 Aprel

Nazir Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:43
24 Aprel

Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb

15:42
24 Aprel

Astanada “RES 2026 EXPO” beynəlxalq sərgisi başa çatıb

15:41
24 Aprel

“İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa təşkil edilib

15:39
24 Aprel

Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

15:37
24 Aprel

İran aprelin 25-dən beynəlxalq uçuşları bərpa edəcək  

15:27
24 Aprel

XİN: Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək  

15:26
24 Aprel

Səhiyyə Nazirliyi: Ağalıda təxminən 80 nəfər tibbi aksiyadan faydalanıb

15:25
24 Aprel

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub

15:24
24 Aprel

Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib

15:22
24 Aprel

Elm, texnologiya, sahibkarlıq və istehsalın bir-biri ilə sıx bağlı olması ekosistemin innovativliyinə təsir edir  

15:21
24 Aprel

Nazirlik: İki minə yaxın şəxsə birdəfəlik maddi yardım ödəniləcək

15:20
24 Aprel

Akademik: Süni intellekt texnologiyaları inşaat arxitekturası ilə rəqəmsal arxitekturanın birgə mövcudluğunu zəruri edir  

14:38
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!