08 Avqust 2024 02:28
149
SİYASƏT
A- A+

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Masallıda keçirilib

 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masa Masallıda təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıb, MSK və Ombudsman Aparatı tərəfindən birgə təşkil olunan tədbirlərin bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından vacib rol oynadığını bildirib.

Komissiya üzvü, həmçinin MSK tərəfindən görülən işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışı zamanı ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. O, ombudsman Səbinə Əliyevanın təşəbbüsü, MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə artıq Bakıda, Gəncədə və Şəkidə tədbirlərin baş tutduğunu, bu gün isə növbəti dəyirmi masanın Masallıda təşkil olunduğunu diqqətə çatdırıb.

A.Səfixanlı, eyni zamanda, ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, müşahidəçilik institutunun əhəmiyyətindən, müvəkkilin və təsisatın bu prosesdəki rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra MSK Katibliyinin Təşkilat şöbəsinin baş məsləhətçisi Şirzad Məmmədli tədbirdə məruzə ilə çıxış edib. O, respublikamızda seçkilərin yüksək səviyyədə təşkil olunması üzrə həyata keçirilən tədbirlərdən, MSK tərəfindən görülən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video