08 Avqust 2024 03:17
100
İDMAN
A- A+

Kelia Nemur və Fransa gimnastikasının dərin məyusluğu

 

"Paris-2024"də Əlcəzair bayrağı altında mübarizə aparan 17 yaşlı gimnast Kelia Nemur qızıl medal qazanmaqla Afrika qitəsinin tarixinə düşüb. Belə ki, o, bu uğuru ilə ölkəsinə və Afrikaya Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.

Gənc gimnastın bu uğuru Fransa mətbuatında geniş müzakirə obyektinə çevrilib. Belə ki, atası fransız, anası isə əlcəzairli olan K.Nemur 2006-cı ildə Fransanın Tur şəhərində doğulub. Fransada böyüyən və gimnastika idmanına bu ölkədə başlayan K.Nemur 2021-ci ildə intizam məsələləri ilə əlaqədar Fransa Gimnastika Federasiyası ilə mübahisədən sonra Əlcəzairi təmsil etmək qərarına gəlib. Yeniyetmə idmançı bu qərarından bir qədər əvvəl Fransa çempionu adını da qazana bilib.

K.Nemurun Əlcəzair bayrağı altında Olimpiya çempionu olmasından sonra Fransada artıq peşmanlıq duymağa başlayıblar. Yerli mətbuatda yayılan xəbərlərdə belə bir istedadlı idmançıya lazımi diqqətin göstərilməməsi təəssüflə bildirilir. Bu ölkənin nüfuzlu nəşrlərində yayımlanan "Kelia Nemur: Fransa idmanının özünü məhrum etdiyi qızıl medal", "Fransız idmanının dərin məyusluğu" və digər sərlövhəli məqalələrdə Olimpiadada qızıl medalın əldən verilməsinə görə federasiya tənqid olunub. Bununla yanaşı, xəbərlərdə idmançının bu ölkədə doğulması və karyerasına burada başlaması vurğulanaraq, onun uğurlarının Fransa ilə əlaqələndirilməsinə də cəhd göstərilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video