08 Avqust 2024 03:19
108
İDMAN
A- A+

Rumıniyalı baş nazirdən etiraz

 

Rumıniyanın baş naziri Marçel Çolaku "Paris-2024"ün bağlanış mərasimini boykot edəcək. O, mərasimdə iştirak etməyəcəyini bildirib. Buna səbəb idman gimnastikası yarışlarında rumıniyalı idmançının üzləşdiyi hadisədir. Baş nazirin fikrincə, Ana Barbusu hakim haqsızlığı üzündən bürünc medaldan məhrum edilib: "Gimnastikadakı qalmaqaldan sonra Parisə bağlanış mərasiminə getməyəcəm. Rumıniyalı idmançı ilə yaxşı davranmadılar. Gimnastımız əməyi sayəsində qazandığı layiqli medaldan məhrum edildi. Bu qəbulolunmazdır".

Qeyd edək ki, hakimlər sərbəst hərəkətlərlə çıxış zamanı amerikalı Cordan Çaylza verilən xalda dəyişiklik edərək, onun 5-ci pillədən 3-cü pilləyə yüksəlməsinə şərait yaradıblar. Nəticədə Rumıniya idmançısı fəxri kürsüdən kənarda qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video