08 Avqust 2024 02:49
133
CƏMİYYƏT
A- A+

"33 il Nüvədi həsrəti adlı anım tədbiri keçirilib

 

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 33 illiyinə (1991-2024) həsr edilmiş "33 il Nüvədi həsrəti" adlı anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Nüvədi kəndi haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli avqustun 8-də Ermənistan tərəfindən soydaşlarımızın sonuncu deportasiyası (1987-1991) zamanı Nüvədi kəndinin boşaldılmasının 33-cü ildönümü olduğunu diqqətə çatdırıb. Zəngəzur mahalının tarixən Azərbaycanın tərkib hissəsi olduğunu bildirən icma sədri deyib: "Zəngəzur mahalı 1920-ci ildə iki yerə ayrıldı və qərb hissəsi ermənipərəst bolşeviklər tərəfindən Ermənistana verildi. Bundan əlavə, Qars müqaviləsinə zidd olaraq, 1929-cu il fevralın 18-də Zaqafqaziya Federasiyasının qərarı ilə Zəngilan rayonunun tərkibinə daxil olan Nüvədi, Ernəzir və Tuğut kəndləri də qanunsuz şəkildə Ermənistana verildi".

O bildirib ki, 1987-1991-ci illərdə Ermənistan Azərbaycanın suveren ərazilərinə iddia qaldırmaqla yanaşı, Qərbi Azərbaycanın 24 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən soydaşlarımızı qovdu. Bu proses 1988-ci ilin dekabrında, demək olar, yekunlaşdı. Zəngəzurun Nüvədi əhalisi 1991-ci il avqustun 8-dək duruş gətirdi.

Nüvədililərin qəhrəmanlıq tarixinin xeyli əvvələ gedib çıxdığını bildirən Əziz Ələkbərli əlavə edib: "Nüvədililər Ernəzir və Tuğut kəndləri Ermənistana verildiyi zaman da mübarizə aparıblar".

Mehri rayon icmasının sədri Fikrət Əliyev Ulu Öndər Heydər Əliyevin nüvədililərlə bağlı səsləndirdiyi fikirləri xatırladıb, onların mübarizəsini yüksək qiymətləndirib.

F.Əliyev soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası zamanı nüvədililərin 1991-ci ilə qədər mübarizə apardıqlarını vurğulayıb.

Digər çıxış edənlər də nüvədililərin işğalçılara qarşı mərdliklə mübarizə aparmalarından danışıb, onların qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video