08 Avqust 2024 08:12
2
Səfərlər
A- A+

Qızıla bərabər gümüş

 

Planetin ən möhtəşəm idman bayramı -XXXIII Yay Olimpiya Oyunlarının başa çatmasına üç gün qalıb. Hər gün milyonlarla tamaşaçıların nəbzi Fransada idmançılarımızla vurmaqdadır.

Həyəcan, qalibiyyət və sevinc göz yaşları ilə dolu olan turnir taekvondoçumuz Qaşım Maqomedov üçün də əlamətdar olub. Belə ki, idmançımız ölkəmizin hesabına gümüş medal əlavə edib. Əslində, bunun əyarı qızıl da ola bilərdi. Lakin idmançımızın zədələnməsi, görüşə davam edə bilməməsi hədəfə çatmaqda problem yaradıb.

Ümumiyyətlə, Olimpiadalar tarixində ikinci dəfə Azərbaycan idmançısı bu növdə finala vəsiqə qazanıb. Buna nail olan ilk idmançı Radik İsayev olub. O, "Rio-2016"da +80 kq çəkidə qızıl medal qazanmışdı.

Qaşım taekvondo yığmamızın 4-cü medalını hesabına yazdırıb. Bu günədək Radikin qızılından başqa, idmançılarımız iki bürünc əldə ediblər. Milad Beiqi Harçeqani 80 kq, Patimat Abakarova 49 kq çəkidə fərqləniblər. Qaşıma qədər bütün medallar "Rio-2016"da əldə olunmuşdur.

Qeyd edək ki, 58 kq çəkidə yarışan Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. O, finala gedən yolda Vito Dell Akvila (İtaliya) ilə gücünü yoxlayıb. Olimpiya çempionu ilə qarşılaşma Qaşım üçün uğurlu olub. Təmsilçimiz bu görüşdə də rəqibə gücünü göstərərək 2:0 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb. O, çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb.Təəssüf ki, ilk raundda zədələnən Qaşım ikinci hissədə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla bitirib.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video