Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda aparılımış mübarizə siyasi olduğu qədər də ədəbi hadisədir ki, bunu XX əsrin sonu-XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı öz tarixinə bütün ağrı-acı, həsrət-nisgil, ümid-intizar və nəhayət, möhtəşəm zəfər yaşantıları miqyasında az qala hər günün xronoloji ardıcıllığı ilə həkk etmişdir. Elə qələm adamları da olmuşdur ki, ədəbiyyatımızın xalq (və tarix!) qarşısındakı həmin məsuliyyətini üzərlərinə almağı yaradıcılıq tərcümeyi-halları üçün missiya saymışlar.
Xalq şairi Vahid Əziz gözoxşayan "Param-parça illər..." (Azərnəşr, 2021) kitabına toplanmış son dərəcə təsirli şeirlərilə göstərdi ki, mənsub olduğu millətin belə vətənpərvər söz ustalarından biridir. Azərbaycanın üzərini qara buludların almağa başladığı ilk illərdən - keçən əsrin 80-ci illərinin sonlarından zəfərin qürurunu doya-doya yaşadığımız günlərə qədər xalqımızın keçirdiyi hisslərin müfəssəl poetik salnaməsi olan kitab zəfər nəğmələrilə başlayır:
"Zəfər millətimin altun tacıymış", "Qələbə!", "Bir bayatı çağırdılar", "Payız bilə- bilə özü yubanır", "Sən mənim əbədi Qarabağımsan", "Tarix dərsi"... Hər nə qədər geniş poetexnoloji özünüifadə (və yaradıcılıq) imkanları olsa da, Vahid Əziz "Param-parça illər"də xalq şeirinin ən doğma janrlarına - bayatı, gəraylı və qoşmalara daha çox müraciət edir ki, təsadüfi deyil. Çünki xalqın özü kimi, onun şair övladı da Vətənin damarlarında axan qanın ritmini öz vətənpərvər sələfləri Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub kimi məhz həmin janrlarda tutur:
Düşmən öz zatına söyüb qaçacaq,
başına, dizinə döyüb qaçacaq,
sürünə-sürünə vaylar salacaq,
hələ çox salacaq, bu vay nədir ki?!
Payız təzə girib, yay bizimkidi,
yaslar düşmənlikdir, toy bizimkidi,
hesabın itirib, say bizimkidi,
Fələyin saydığı o say nədir ki?!
Yaşadıq yüzlərlə ağır ayları,
düşmən əsir etdi coşan çayları,
Qarabağ tanıyır bizim soyları,
Soyumuz yanında o soy nədir ki?!
Kitabda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu, Vətən müharibəsi günlərindəki Azərbaycan-Türkiyə həmrəyliyi, bu dostluğun, həmrəyliyin simvoluna çevrilən Şuşa yalnız böyük məhəbbətlə tərənnüm olunmur, eyni zamanda haqlı olaraq zəfərin silinməz atributları kimi təqdim edilir.
"Düşmənin", "Gedir", "Qanımda", "Sabah", "Getdi", "Yalnız irəliyə, yalnız irəli", "Biriydik", "Ordu", "Qarabağda", "Tanrı qoru Azərbaycan ordusunu", "Vətən sağ olsun" və s. onlarca qoşma təkcə mənfur düşmən üzərindəki tarixi qələbəni tərənnüm etmir, eyni zamanda bu qələbənin xalqımız (və müstəqil dövlətçiliyimiz!) üçün hansı itkilər, sınaqlar, gərginliklər hesabına başa gəldiyini də böyük bir şair həssaslığı ilə bəyan edir.
Gah düşmənin nankorluğuna hirslənir:
Yer qopub oynayır yenə yerindən,
Məkriniz söndürdü min-min ocağı.
Ay İblis övladı, it itdiyiynən
Çörək verən əli gəmirmir axı!..
Gah işğalçı xülyasının, iştahının öz başında çatlayacağını deyir:
Heç çıxmaz yadımdan, qudurğan alçaq
Deyirdi Bakıya gəlib çıxacaq...
Ulu Qarabağda yaxdığı ocaq
Özünü yandırdı, kül oldu getdi...
Gah da qisasın qiyamətə qalmadığına görə bütöv bir nəslin adından qürur duyur, fəxr edir:
Azad olan Qarabağım daha şaqraq güləcək,
Alçalmadıq! - yeni nəsil bizi Kişi biləcək.
İlk misramdan bir pərvanə "Vahid Əziz" deyəcək,
"özgəsinə bənzəməyən yazısından tanıdım"...
Əlbəttə, Vətənin zəfərinə ən çox sevinən sərkərdələrdir. Sonra isə həmin zəfəri tərənnüm edən şairlər gəlirlər. Və heç şübhəsiz, bu tərənnüm zəfərin özü qədər ürəkdən, candan (və möhtəşəm!) olmasa, o, milli yaddaşa çevrilə, millətin tarixində əbədi yaşaya, gələcək nəsillər də onunla qürur duya, fəxr edə bilməz. Və öz tarixi zəfərlərindən zövq almağı unudan millət zaman-zaman özünü unudar.
Vahid Əziz Vətən müharibəsinin ən məsuliyyətli günlərində üzünü Vətən oğullarına tutub deyirdi:
Azadlığın yolu çətin -
Duman-çəndədi, çəndədi.
Vətən oğlu, millətinin
Gözü səndədi, səndədi.
Savaş-sınaqlar çağıdı,
Qalib gələn - qoçağıdı!
Vətən - Ata ocağıdı,
Közü səndədi, səndədi.
...Hər yana mərmi ələnər -
Yağıya nə kənd, nə şəhər?!
Tanrı, qoru, bizim əsgər
Gözəl bəndədi, bəndədi...
"Koroğlu" eposunun intonasiyasında deyilmiş (yazılmış yox, məhz deyilmiş!) bu gəraylı Vahid Əzizin həmin günlərə məxsus həmin janrdakı çoxlu şeirlərindən - "Vətən", "Qarabağda", "Qarabağ", "İrəvana qədər", "Yaşatdılar" və s.-dən biridir ki, onun yüyrək misraları, coşqun intonasiyası dövrün döyüş əhvali-ruhiyyəsini birbaşa əks etdirir. Və "Param-parça illər"i vərəqlədikcə görmək çətin deyil ki, şairin çox tez-tez müraciət etdiyi "poetik ünvan" Qarabağdır... İsmin bütün hallarında... Daha çox, təbii ki, yerlik halda:
Yağıya sınmadı bu doğma yerlər,
Səbir sınağıymış ötən fəsillər.
Şikəstə söyləyər, bayatı deyər
Telə qovuşanda tel Qarabağda.
"Qarabağ bayatıları"nda önə hər nə qədər çıxışlıq hal çıxsa da, mətləb yenə yerlik haldadır:
Bağımda üzüm ola,
Deməyə sözüm ola,
İrəvan bizim ola -
Gül gedə Qarabağdan.
Gül dodağı qənd ola,
Yanağıma bənd ola,
Üfüq aynabənd ola -
Tül gedə Qarabağdan.
Gülüm, özgəyə uyma,
Sevməkdən məni doyma,
İlahim, bir də qoyma -
El gedə Qarabağdan...
Və Qarabağın çıxışlıq halına qazandırılmış bu bədii keyfiyyəti də şairin poetik kəşfi saymaq üçün, görünür, hər cür əsas vardır:
Cahanda qüdrətli nə var ki, sözdən?
Bunlar bir xatirə Vahid Əzizdən:
Keçə Zəngəzurdan, Dərələyəzdən
Gözəl Naxçıvana yol Qarabağdan...
Harda Vətən uğrunda döyüşlər gedirsə, orda şəhidlər var. Və "Param-parça illər"in bir çox şeiri Vətən müharibəsi şəhidlərinin heç zaman unudulmayacaq obrazlarını bütün ruhsal təfərrüatı ilə yaratdığına görə də dəyərlidir. Və "Şəhidlik zirvəsi", "Naməlum şəhid məzarı", "Şəhid məzarına məktub", "Şəhid xəbərini gətirən qazi", "Şəhid məzarına gül gətirən qız" və s. şeirlər buna misal ola bilər.
"Heyrət səcdəsi" poemasına gəldikdə isə müəllif bu əsərlə Vətən müharibəsi silsiləsinə hələ ki, yekun vurur...
Öz yerini tapdı Haqq -
duyduq su, hava kimi,
Sərkərdəsiz olan xalq
dolanar tayfa kimi
misraları bir də ona görə inandırıcıdır ki, Vətən müharibəmiz sərkərdəli olan xalqın nəyə qadir olduğunu bütün dünyanın gözləri qarşısında nümayiş etdirdi:
Ali Baş Komandan dəmir yumruğun
düşmənin başına vuran kişidi,
millət, Prezidentin - böyük dayağın
sözünün üstündə duran kişidi!
Şair "Param-parça illər"in sonuna "Utanırdım deyəndə Qarabağdan gəlirəm" adlı ayrıca bir bölmə əlavə etmişdir. Və bu bölmə olmasaydı, Vahid Əzizin Vətən nəğmələri yarımçıq görünərdi... "Çağırış", "Laçın koridoru, Sumqayıt yolu", "Doğma o körpəni", "Qələm yoldaşlarıma", "Hərbçi paltarı geyindi qızlar", "Xocalı vağzalısı", "Partizan canavarlar", "Bilin Ərmən dağlarıdı o dağlar" və s. şeirlər elə bilirik ki, yarandığı illərin ictimai ovqatını ifadə edən təsirli şeirlərdir.
Kitabın son şeirinin son misraları atalar sözü kimi səslənir:
Çox oldu ömrümdə ağrılı illər,
şanlı tarixini yazdı nəsillər,
qələbə əzmiylə yumruğa dönər,
gərək inanasan Azərbaycana!..
Hər cəhətdən görünür ki, şair bu qənaətə həm param-parça illəri, həm də Vətən müharibəsinin sonsuz vəchlə izlədiyimiz hər bir qələbə gününü sözün böyük mənasında yaşaya-yaşaya gəlir. Və onun şeirləri istər zilində, istərsə də bəmində vətəndaşın ruhunu oxşayan həqiqi Vətən nəğmələridir.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında
Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında
“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən
Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan
Rusiyanın “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti German Qrefdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik
Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!