02 Aprel 2025 01:13
316
Nazirlər Kabineti
A- A+
“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə 

“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə 


№ 92


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I); 2024, № 2, maddələr 225, 229) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 3-cü hissəsi ləğv edilsin.

2. “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 571) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddən “Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar” sözləri çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın 3.9-cu bəndindən “, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1614 (Cild I) ləğv edilsin.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 19 ” “ mart ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İmtahan stresinin öhdəsindən necə gəlmək olar?

08:45
05 Aprel

Musiqi ilə keçən ömür

08:40
05 Aprel

Sahibkarlığın İnkişafı Fondunun əsas hədəfi dəyişmir

08:35
05 Aprel

"Cənub qaz dəhlizi"nin potensialı hələ böyükdür

08:30
05 Aprel

Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar

08:25
05 Aprel

Öz gözündə tiri görmür...

08:20
05 Aprel

"Paşinyan hakimiyyəti ikili oyun oynayır"

08:15
05 Aprel

Qərbi Azərbaycanın hər qarışında izimiz və ruhumuz var

08:10
05 Aprel

Sülh müqaviləsi imzalana bilər

08:05
05 Aprel

Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir

08:00
05 Aprel

Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında

02:05
05 Aprel

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:04
05 Aprel

Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Litvaya qalib gəlib

23:16
04 Aprel

“Diplomatic World Sweden” nəşri Azərbaycanda mina təhlükəsi ilə bağlı məqalə dərc edib

23:15
04 Aprel

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib 

23:13
04 Aprel

Azərbaycanın humanitar yardımı əsasında Sumının enerji infrastrukturunun bərpasına avadanlıqlar verilib  

23:11
04 Aprel

Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb  

23:10
04 Aprel

Almaniyadakı diasporumuzun üzvü Azərbaycan əleyhinə filmə etiraz edib

23:09
04 Aprel

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

23:08
04 Aprel

Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir  

23:06
04 Aprel

Parlamentlərarası İttifaq ilə QH Parlament Şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib  

23:05
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!