08 Oktyabr 2026 10:25
168
İQTİSADİYYAT
A- A+
Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik


Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresindən əsas gözləntimiz tədbirin Türkiyənin qarşıdakı illərdə həyata keçirəcəyi daha yeni və iddialı kosmik layihələrə təkan verəcək, bu sahədə dinamikanı artıracaq mühüm platformaya çevrilməsidir. Mənim üçün bu konqresin digər mühüm əhəmiyyəti isə bir Azərbaycan türkü olaraq burada həyata keçirilən fəaliyyətlərin və qurulan əlaqələrin yalnız Türkiyə vətəndaşlarının deyil, can azərbaycanlı qardaşlarımızın da həyatını və dünyadakı yaşayış imkanlarını daha yaxşı səviyyəyə çatdıracaq yeni layihələrin həyata keçirilməsinə yol açmasıdır. Mən Türkiyə və Azərbaycan bayraqlarını səmalara, kosmosa necə çıxarmışamsa, ümid edirəm ki, qarşıdakı illərdə də kosmos sahəsində fəaliyyətimizi çiyin-çiyinə, "Bir millət, iki dövlət" şüarı ilə davam etdirəcək, millətimizi kosmosda daha güclü şəkildə təmsil etməyə davam edəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ifadə edib.

Türkiyədə davam edən 77-ci Beynəlxalq Astronavtika Konqresi barədə danışan Atasever deyib: "Hazırda iştirak etdiyimiz tədbir dünyanın ən böyük kosmik toplantılarından biridir. Bu il Antalyada keçirilən konqres Türkiyənin uzun illərdir öz ərazisində təşkil etməyi arzuladığı böyük kosmik tədbirdir. Dünyanın aparıcı kosmik şirkətlərinin yüksəkvəzifəli nümayəndələri, ən mühüm kosmos agentliklərinin rəhbərləri və çoxsaylı astronavtlar bir həftə ərzində bir araya gələrək kosmos ekosisteminin müxtəlif istiqamətlərini müzakirə edirlər. Qarşıdakı illərdə həyata keçiriləcək müxtəlif kosmik tədqiqat missiyaları ilə bağlı müzakirələr aparılır, potensial əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində addımlar atılır. Bu, dünyamız və gələcəyimiz üçün olduqca vacibdir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar 

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!