08 Oktyabr 2026 09:30
215
CƏMİYYƏT
A- A+
Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 


Vətən müharibəsində şəhid olan qəhrəmanlardan biri də Elsevər Paşayevdir.

AZƏRTAC xəbər verir ki, Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşdükdən sonra onun ailəsi Beyləqan rayonunda məskunlaşıb.

Elsevər Paşayev 1994-cü ildən Beyləqanın Milabad qəsəbəsində fəaliyyət göstərən Qovşudlu kənd orta məktəbində təhsil almağa başlayıb. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq, zabit rütbəsinə yüksəlib.

2010-cu ildə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Bakı şəhərində NATO-nun sülhməramlı taborunda xidmət edən Elsəvər Paşayev bu müddətdə müxtəlif beynəlxalq təlimlərdə iştirak edib. Türkiyə, Bolqarıstan, Çexiya, Almaniya, Böyük Britaniya və Əfqanıstanda keçirilən təlimlərdə iştirak edən zabit müxtəlif fəxri fərman və sertifikatlarla təltif olunub.

2020-ci ildə Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edən Elsevər Paşayev həmin vaxt kapitan rütbəsində olub. Döyüşlərdə göstərdiyi şücaətə görə mayor rütbəsinə yüksəlib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dörd gün komada qaldıqdan sonra oktyabrın 25-də şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.

Şəhid mayor Elsevər Paşayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin iki qızı var. Elsevər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva deyib ki, kiçik qızları atasını xatırlamır. Böyük qız isə atasına çox bağlı olub və onun yoxluğuna alışması uzun zaman alıb.

İndi şəhidin yadigarlarının qarşılarına qoyduqları əsas məqsədlərdən biri atalarının arzusu olan həkimlik peşəsinə yiyələnməkdir. Onlar bu məqsədi reallaşdırmaq üçün səylə çalışırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar 

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!