08 Oktyabr 2026 08:20
201
CƏMİYYƏT
A- A+
Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar "Layiqli əmək, güclü gənclik - dayanıqlı gələcək" şüarı ilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra layiqli əməyə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən konfederasiya sədrinin müavini Musa Mirzəyev layiqli əmək və onun əsas prinsiplərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması istiqamətində formalaşdırılan hüquqi və institusional mexanizmlər barədə məlumat verib. Vurğulanıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri vətəndaşların maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.

Musa Mirzəyev həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışması barədə və layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolundan söz açıb, ölkəmizdə gənclərin əmək bazarında rolunun genişləndirilməsindən, işçilərin rəqəmsallaşmanın əmək münasibətlərinə gətirdiyi dəyişikliklərə hazırlanmasından və peşə bacarıqlarının artırılmasından bəhs edib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxışında BƏT-in layiqli əmək gündəliyindən, təşkilatla Azərbaycan arasında əmək və sosial sahədə əməkdaşlığın önəmindən danışıb, layiqli əmək prinsiplərinin təşviqi ilə bağlı fikirlərini səsləndirib.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin departament direktoru Fidan Mahmudova gənclərin iş həyatına hazırlanmasında layiqli əmək prinsiplərinin əhəmiyyətini, peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsinin və işçilərin dəyişən əmək dünyasına adaptasiyasının vacibliyini diqqətə çatdırıb.

SOCAR Neft Daşları Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, həmkarlar ittifaqının üzvü Bəxtiyar Muradov çalışdığı müəssisədə layiqli əmək şəraiti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan Tibb Universitetinin tələbəsi, "AHİK könüllüsü" layihəsinin iştirakçısı Təranə Kazımova isə layiqli əməyin gənclərdə iş həyatına marağın formalaşmasında rolunu vurğulayıb.

Çıxışlardan sonra işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən konfederasiyanın üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

"Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:48
08 Oktyabr

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:47
08 Oktyabr

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:46
08 Oktyabr

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında

01:45
08 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:44
08 Oktyabr

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

22:01
07 Oktyabr

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

21:58
07 Oktyabr

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

21:19
07 Oktyabr

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

20:01
07 Oktyabr

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!