07 Oktyabr 2026 21:58
198
Mədəniyyət
A- A+
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

Bu gün 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse – 2026) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 11-dək davam edəcək sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə təqdim edilir.

Sərgidə Azərbaycanın yazar və nəşriyyat nümayəndələrindən ibarət geniş heyət iştirak edir. Beynəlxalq sərginin birinci günündə Azərbaycan stendi çoxsaylı yerli və xarici ziyarətçilərin diqqət mərkəzində olub. Ziyarətçilər milli stenddə yer alan kitablarla yaxından tanış olub, nəşrlərimizə böyük maraq göstəriblər. Eyni zamanda, bir sıra ölkələrin nəşriyyat nümayəndələri ilə Azərbaycan nəşriyyat təmsilçiləri arasında müəllif hüquqları və əməkdaşlıq məsələlərinə dair məhsuldar görüşlər keçirilib.

Sərgi çərçivəsində “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq, ilk dəfə oktyabrın 9-da “Global səhnə” adlı təqdimat zonasında “Azərbaycan ədəbiyyatı xaricdə” mövzusunda panel müzakirəsi keçiriləcək. Paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq auditoriyaya tanıdılması məsələləri müzakirə olunacaq. Tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndələri, həmçinin son illərdə Azərbaycan kitabının tanıtımı ilə bağlı görülən işlər barədə məlumat veriləcək. Müzakirədən sonra Azərbaycanın uşaq yazarları ilə imza saatı təşkil olunacaq.

Qeyd edək ki, builki sərginin fəxri qonaq ölkəsi Çex Respublikasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

22:01
07 Oktyabr

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

21:58
07 Oktyabr

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

21:19
07 Oktyabr

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

20:01
07 Oktyabr

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

19:23
07 Oktyabr

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:13
07 Oktyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

19:07
07 Oktyabr

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb  

19:01
07 Oktyabr

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

18:32
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

18:11
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

17:39
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!