08 Oktyabr 2026 09:20
527
CƏMİYYƏT
A- A+
Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib


Cəlilabad rayonunun  Göytəpə şəhərində 13 Vətən müharibəsi şəhidindən biri - Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentyabrın 14-də  rayonun Prişib (indiki Göytəpə) şəhərində tanınmış bir ailədə dünyaya göz açıb. 

Balaca Rəşad həyət-bacada uşaqlarla oynayarkən babası - II Dünya müharibəsi döyüşçüsü Məmmədağa kişinin orden-medallarını sinəsinə taxa-taxa nə vaxt hərbçi olmaq arzusuna düşüb, özü də bilməyib. Üç bacının yeganə qardaşı və gözlərinin nuru, müəllimlərinin, valideynlərinin, qohum-əqrəbanın sevimlisi, babasının "aslanım" adlandırdığı gənc oğlan bir də baxıb ki, hərbi iş onun boyuna biçilib. 2006-cı ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə motoatıcı ixtisası üzrə uğurla bitirib. Ardınca Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursunda təhsil alıb. "N" saylı hərbi hissədə motoatıcı taborun tank əleyhinə tağım komandiri (2010-2011) olub, sonra XTQ kursu keçmək üçün müvafiq təlim kursunu bitirib. 2012-ci ilin yayından XTQ komandirinin müavini vəzifəsinə irəli çəkilib. 

Aprel döyüşlərində böyük rəşadət göstərib və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2014-cü, 2015-ci, 2017-ci, 2019-cu illərdə müxtəlif təlimlərdə, o cümlədən qardaş ölkə Türkiyədə keçirilən "TurAz Qartalı" paraşüt təlimlərində iştirak edib, kursu fərqlənmə diplomu ilə bitirib. Rütbəsini 2 pillə də artırmaq istəyiblər, razı olmayıb.

Kapitan Rəşad Abdullayev Vətən müharibəsi başlayanda qərərgah rəisi, tabor komandiri kimi döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüşlərin ön cəbhəsində olub. Murovdağa ilk ayaq basan da onun taboru idi. 34 erməni postunu az bir vaxtda darmadağın edən də onun - dostlarının zarafatla "Canavar" ləqəbi verdikləri igid Rəşadın döyüşçüləri idi. Müharibənin 3-cü günü yaralanan Rəşad Abdullayev hərbi hissəni başsız qoymaq istəmir və hospitala getmək əvəzinə  döyüşə rəhbərliyi davam etdirir. İgid komandir elə həmin gün, yəni sentyabrın 29-da şəhid olub, oktyabrın 2-də Göytəpə qəbiristanlığında torpağa tapşırılıb.  

Hərbi təhsil və dinc hərbi xidmət zamanı, o cümlədən müharibədəki igidliyinə görə bir çox medalla təltif edilib. Ölümündən sonra isə "Kəlbəcərin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Vətən uğrunda" medallarına və "Vətən Müharibəsi Qəhrəmanı" kimi şərəfli ada layiq görülüb. 

Rəşad Abdullayevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qaradağ rayonunda adına küçə var. Cəlilabad 2 saylı tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində büstü qoyulub. 

Cəmi 32 il ömür sürüb. 2013-cü il sentyabrın 8-də ata ocağında çal-çağırlı bir toyla ailə həyatına qədəm qoyan Rəşad Gülnar adlı gənc bir qızla evlənmişdi. İndi qədirbilən xalqımızın ziyarətgaha çevirdiyi bu müqəddəs ocaqda qəhrəman döyüşçünün həyat yoldaşı Gülnar xanımla birlikdə iki övladı - 12 yaşlı qızı Rüqəyya və 10 yaşlı oğlu Məmmədağa boy atır. Bu günlərdə isə Gülnar xanım universitetə qəbul olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayevi, həyat yoldaşı Gülnar Abdullayevanı və qəhrəmanın komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Xizri Nuriyevi qəbul edib.

Rafiq Cəlilov Gülnarə Abdullayevanı ali məktəbə qəbul olunması münasibətilə təbrik edərək ona təhsil həyatında uğurlar arzulayıb.

Görüşdə Rəşad Abdullayevin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və şərəfli döyüş yolundan bəhs olunub.

Qəbulda iştirak edənlər müharibə iştirakçılarına, qazilərə, şəhid və qəhrəman ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

18:29
03 Noyabr

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu  

18:21
03 Noyabr

Merts: “Almaniyanın gələcək prezidenti qadın olmalıdır”  

18:13
03 Noyabr

İmmuniteti sürətlə aktivləşdirməyin sadə yolu tapılıb  

17:57
03 Noyabr

İnfarktın gözlənilməz əlaməti açıqlanıb

17:42
03 Noyabr

Xocalıda həyat yenidən çiçəklənir

17:39
03 Noyabr

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

17:24
03 Noyabr

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib  

17:18
03 Noyabr

UNESCO: qlobal miqyasda jurnalist qətllərində cəzasızlıq göstəricisinin sayı artıb  

17:18
03 Noyabr

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib  

17:15
03 Noyabr

ÜST rəhbəri Efiopiyanın səhiyyə sistemi ilə bağlı xəbərdarlıq edib  

17:07
03 Noyabr

Çin valyuta ehtiyatı tələblərini artırır

16:54
03 Noyabr

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

16:50
03 Noyabr

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik edəcək  

16:43
03 Noyabr

Neft yenidən bahalaşıb

16:38
03 Noyabr

Azərbaycan-Yunanıstan ticarətində 700 milyon dollarlıq hədd aşılıb

16:37
03 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

16:33
03 Noyabr

Şəhidlərin anım günü məzarları ziyarət olunub  

16:13
03 Noyabr

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır

16:07
03 Noyabr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

15:52
03 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

15:29
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!