08 Oktyabr 2026 10:15
148
Mədəniyyət
A- A+
Sevimli aktyor, rejissor və pedaqoq

Sevimli aktyor, rejissor və pedaqoq


Azərbaycan teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri də  dünyaya gəlişinin  85 illiyi qeyd edilən Ağaxan Salmanlıdır.

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olmuş Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Bakıda anadan olmuşdur. O, 1959-cu ildə orta məktəbi bitirdikdən sonra ilk sənət təhsilini elə anadan olduğu Suraxanı rayonundakı fəhlə-gənclər dram dərnəyində almışdır. 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirmişdir. Həmin ilin oktyabrından Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlamışdır. İlk rolu yazıçı-dramaturq Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olmuşdur. Daha sonra "Mozalan" kinojurnalında bir sıra maraqlı obrazlar yaratmışdır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdığı illəri Ağaxan Salmanlının yaradıcılığının ən məhsuldar dövrü adlandırmaq olar. O, bu teatrın səhnəsində Romeo, Bekingem ("Romeo və Cülyetta", "III Riçard" - V.Şekspir), Səməd ("Sən nə üçün yaşayırsan?" - İ.Qasımov, H.Seyidbəyli), Artur ("Ovod" - E.Voyniç), Hacı Murad ("Tamahkar" - S.S.Axundov), Kərbəlayı Mirzalı ("Danabaş kəndinin məktəbi" - C.Məmmədquluzadə), Flibert ("Məzəli hadisə" - K.Qoldoni), Milisioner Səfər ("Buzovna kəndinin əhvalatları"- Elçin), Dədə Qorqud ("Şahzadə Xəzərin nağılı" - K.Ağabalayev, N.Kazımov) və başqa yaddaqalan obrazlar yaratmışdır. 

Müqtədir sənətkarlardan aldığı bilik və bacarığı sayəsində  sənətkar 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında aktyorluqla yanaşı,  həm də rejissor kimi fəaliyyət göstərib. 1965-ci ildən Bədii Şuranın üzvü olub. Əsasən uşaq tamaşaları hazırlayan A.Salmanlı həmçinin Xanımana Əlibəylinin yazdığı "Dovşanın ad günü",  Q.İlkinin, "Qarışqa şıllaq atdı", "Pul dəlisi", "Məhəbbət bir bəladır", "Nənənin kələyi" (Ə.Orucoğlu), Dadaş Mehdinin "O da mənəm, bu da", Əmir Əmirlinin "Bala bəla sözündəndir", "Arvad olmaq istəmirəm" , Abdula Şaiqin "Tıq-tıq xanım"  və digər tamaşalara quruluş vermişdir.

Ağaxan Salmanlı 1971-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif tədris müəssisələrində aktyorluq sənəti, səhnə danışığı, səhnə texnikası, etika, estetika fənnlərindən, rejissorluq sənətindən dərs deyib.

Müasir Azərbaycan teatr sənəti tarixində yeri görünən Ağaxan Salmanlının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adını almışdır.  2016-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi. Elə həmin il  o, həm də Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 

Sevimli aktyor, rejissor və pedaqoq Ağaxan  Əli oğlu Salmanlı 2020-ci il fevralın 29-da ömrünün 78-ci ilində dünyasını dəyişmişdir. Məzarı Yeni Suraxanı qəbiristanlığındadır. Sənət yoldaşları, tələbələri, mədəniyyət və ictimaiyyət nümayəndələri unudulmaz insanın anım gününü hər il ürək yanğısı ilə qeyd edirlər. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar 

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!