07 Oktyabr 2026 19:23
956
İQTİSADİYYAT
A- A+
Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  


Milli Məclisin Aqrar siyasət komitəsinin ictimai dinləmə formatında iclası keçirilib. İclasda birinci oxunuşda olan iki məsələ - “Aqrar sahə haqqında” və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Rzayev Prezident İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyini artırmaqla aqrar məhsulların istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.

O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunların qəbul edildiyini, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirədən keçdiyini söyləyib.

Tahir Rzayev bu gün təqdim olunan “Aqrar sahə haqqında” qanun layihəsinin sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gələrək hazırlandığını bildirib. O, sənədin aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən etdiyini deyib. Qeyd edib ki, aqrar sahədə müxtəlif və çoxsaylı qanunlar mövcud olsa da, müasir dövrdə onların sistemləşdirilməsi, bu istiqamətdə vahid qanunvericilik bazasının yaradılması və hüquqi çərçivədə vahid yanaşmanın tətbiqi zəruridir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi baza qanunu kimi xarakterizə olunur. Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunur, onların aktual müddəaları yeni qanuna daxil edilir.

Komitə sədri dövlətimizin başçısı tərəfindən həyata keçirilən mühüm tədbirlərin, əldə olunan nəticələrin, imzalanan sənədlərin və qəbul edilən qanunların geniş təşviq olunmasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çağırışını xatırladaraq, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və mövcud müsbət ab-havanın daim ictimai müzakirələrdə saxlanılmasının vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında müzakirəyə təqdim edilən qanun layihəsinin aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişmələrinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən etdiyini bildirib.

Nəzərə çatdırılıb ki, sənəddə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir.

Daha bir mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Belə ki, aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə olaraq qanunda təsbit edilir. Bildirilib ki, dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Layihədə dövlətin aqrar sahədəki 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi və sair daxildir.

Nazir bildirib ki, sənəddə torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır. Bununla yanaşı, su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişmələrinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.

Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılır. Aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar kimi satış yerlərinin növləri müəyyən edilir. Aqrar kooperativlərə satış yerləri təşkil etmək hüququ verilir.

Qeyd edilib ki, qanunun qəbulu aqrar sahədə normativ tənzimləmənin vahidləşdirilməsini, dövlət dəstəyinin ünvanlı və şəffaf olmasını, resurslardan səmərəli istifadəni təmin edəcək.

Çıxışlarda sənədin əhəmiyyəti, gətirdiyi yeniliklər və sahənin gələcək tənzimlənməsi barədə söhbət açılıb. Həmçinin ölkəmizdə kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan ardıcıl islahatlara toxunulub. Qanun layihəsinin torpaq və su resurslarından səmərəli istifadə, bərpaolunan enerji, ekoloji tarazlıq, istehsalın davamlılığı, kəndlərin tərəqqisi, eləcə də yaşıl texnologiyaların tətbiqi baxımından xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Sonra komitədə “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib.

Bildirilib ki, layihə “Aqrar sahə haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb və onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.

Müzakirəyə çıxarılan hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

13:02
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!