20 May 2026 17:28
767
DÜNYA
A- A+
Türkiyənin ASELSAN şirkəti mobil telefon istehsalını bərpa edəcək

Türkiyənin ASELSAN şirkəti mobil telefon istehsalını bərpa edəcək


Türkiyənin ASELSAN şirkəti 2027-ci ildə mobil telefon istehsalını bərpa etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, 1997-ci ildə Türkiyənin ilk mobil telefonları olan “ASELSAN 1919” modellərinin istehsalına başlayan şirkət yeni müasir smartfonların hazırlanması ilə bağlı “Türk Telekom” telekommunikasiya şirkəti ilə razılıq əldə edib.

Xatırladaq ki, “ASELSAN 1919” modelinin hazırlanmasına hələ 1993-cü ildə başlanılmışdı və bu, Türkiyə istehsalı olan cəmi iki mobil telefon modelindən biri idi.

“ASELSAN 1919” modelinin istehsalına başlanılması ilə Türkiyə həmin dövrdə mobil telefon istehsal edən dünyanın doqquz ölkəsindən birinə çevrilmişdi.

İlkin mərhələdə 500 ədəd mobil telefon istehsal olunub, onların bir hissəsi Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə ixrac edilib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol “Türk Telekom” ilə əldə olunan razılığı şərh edərkən rəhbərlik etdiyi şirkətin müdafiə sənayesi sahəsində qazandığı uğurlara diqqət çəkib.

“Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr göstərir ki, kommunikasiya infrastrukturu və avadanlıqları milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir. Kommunikasiya texnologiyaları sahəsində təcrübəyə və istehsal imkanlarına malik ASELSAN Türkiyənin ekosisteminin güclü komponentidir. Xüsusilə rabitə sahəsində Türkiyənin idxaldan asılılığını minimuma endirməyi qarşıya məqsəd qoymuşuq”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!