04 Iyul 2024 22:10
159
DÜNYA
A- A+

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

 

İlin əvvəlindən Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyadakı əməliyyatlarda 1327 terrorçunu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu məlumat iyulun 4-də Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə təqdim olunub.

Bildirilib ki, son bir həftə ərzində Türkiyə hərbçiləri bölgədə 57 silahlını zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, admiral Zeki Aktürk İraqın Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində bir gün əvvəl terrorçulara qarşı həyata keçirilən irimiqyaslı hava hücumuna diqqət çəkib. “Türkiyə Hərbi Hava Qüvvələri İraqda PKK terrorçularının istifadə etdiyi 37 obyektə zərbə endirib”, - deyə admiral bildirib.

Milli Müdafiə Nazirliyinin nümayəndəsi xatırladıb ki, Türkiyə ordusunun Suriya ərazisində olmasının səbəbi terrorizmlə mübarizədir.

“Türkiyə Suriya ərazisindəki terrorçulardan gələn təhdidlərdən özünü müdafiə etmək hüququndan istifadə edir. Ankara regionda Türkiyənin maraqlarına zidd status-kvonun formalaşmasına, o cümlədən terrorçuların nəzarətində olan zonanın formalaşmasına yol verməyəcək”, - deyə Aktürk vurğulayıb.

Qeyd edilib ki, Ankara Suriyada ərazi bütövlüyü və siyasi sabitliyin, Suriya torpağında sülh və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video