28 İyun 2026 16:27
150
DÜNYA
A- A+
Tədqiqat: Avropada mövcud istilik 50 il əvvəl mümkün deyildi

Tədqiqat: Avropada mövcud istilik 50 il əvvəl mümkün deyildi


Avropadakı mövcud ekstremal istilik yalnız təbii hava proseslərinin deyil, həm də insanın yaratdığı iqlim dəyişikliyinin nəticəsidir. Bu nəticəyə “World Weather Attribution” beynəlxalq şəbəkəsinin tədqiqatçıları gəliblər.

AZƏRTAC xəbər verir ki, hesabatda 1976-2026-cı illərdə Qərbi və Mərkəzi Avropa ölkələrində ən isti gün və gecələri təhlil edilib. Müəyyən olunub ki, bu gün orta qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən təxminən 1,4 C yüksəkdir. 2003-cü ildə aşma 0,8°C, 1976-cı ildə isə yalnız 0,3°C idi.

Tədqiqatla tanış olan Danimarka Meteorologiya İnstitutunun iqlimşünası Martin Olesenin sözlərinə görə, iş yüksək elmi səviyyədə aparılıb və orta qlobal temperaturun artmasının ekstremal istilik dalğaları ehtimalını əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyir. Onun sözlərinə görə, hələ bir neçə onilliklər əvvəl bu cür hava hadisələri praktik olaraq qeyri-mümkün hesab olunurdu, lakin bu gün “qeyri-mümkün mümkün oldu”.

Araşdırmaya görə, Avropanın 1540-cı ildən bəri təxminən 70 min insanın həyatına son qoyan ən güclü istilik dalğasını yaşadığı 2003-cü ildə belə yüksək gecə temperaturları ehtimalı bu gün ilə müqayisədə 100 dəfə, gündüz temperaturu isə 10 dəfə aşağı idi. Bundan əlavə, mövcud istilik dalğası 1976-cı ildə baş versəydi, temperatur təxminən 3,5°C, 2003-cü ildə isə təxminən 2°C aşağı olardı.

Tədqiqatçılar qeyd edirlər ki, ekstremal istilik Avropa üzərində davamlı antisiklon, Saharadan isti hava axını və qlobal istiləşmənin birləşməsi nəticəsində yaranıb. Eyni zamanda, hesabatın müəllifləri hazırkı istinin El-Nino iqlim fenomeni ilə əlaqəli olmadığını vurğulayırlar.

Daha əvvəl “Nature Medicine” jurnalında dərc olunan elmi araşdırmaların məlumatına görə, 2022-ci ildə istilik dalğaları Avropada 61 mindən çox, 2023-cü ildə isə 47 mindən çox ölümə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, ekstremal temperatur hadisələri getdikcə daha tez-tez baş verəcək və insanların sağlamlığı üçün getdikcə daha çox təhlükə yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

23:19
28 İyun

Jan-Noel Barro: Növbəti prezident hakimiyyəti fransızlara qaytarmalıdır

22:08
28 İyun

Fransada mülki təyyarə qəzası: 11 nəfər həlak olub

21:31
28 İyun

Pianoçu Əhəd Əsgərov: Heydər Əliyevin siyasəti Azərbaycanın mədəniyyət sahəsindəki nailiyyətlərinin təməlidir  

20:56
28 İyun

Rumıniyanın “Digi24” nəşri: Xəzər dənizinin kiçilməsinin əsas səbəbi insan fəaliyyətidir

20:29
28 İyun

Almaniyada ən yüksək temperatur qeydə alınıb: 41,7 dərəcə

19:42
28 İyun

Polşa nasizm qurbanları olan vətəndaşlarına görə Almaniyadan illik təzminat tələb edir

19:11
28 İyun

Polşada rekord istilər: iyun ayı üçün tarixi maksimum yeniləndi

18:52
28 İyun

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi  

17:38
28 İyun

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: həlak olanlar var

17:06
28 İyun

Tədqiqat: Avropada mövcud istilik 50 il əvvəl mümkün deyildi

16:27
28 İyun

DÇ-2026: Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib

15:33
28 İyun

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

15:09
28 İyun

İraqda İranın ali dini liderinin cənazəsi ilə vida mərasimləri təşkil ediləcək

14:49
28 İyun

Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb 

14:26
28 İyun

Harri Keyn Ronaldunun rekordunu yeniləyib

14:01
28 İyun

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb  

13:55
28 İyun

Almaniyada gecə temperaturu üzrə yeni rekord qeydə alınıb  

13:27
28 İyun

Sabah üçün hava proqnozu açıqlanıb

13:03
28 İyun

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

11:37
28 İyun

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

11:16
28 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!