28 İyun 2026 20:29
157
DÜNYA
A- A+
Rumıniyanın “Digi24” nəşri: Xəzər dənizinin kiçilməsinin əsas səbəbi insan fəaliyyətidir

Rumıniyanın “Digi24” nəşri: Xəzər dənizinin kiçilməsinin əsas səbəbi insan fəaliyyətidir

Rumıniyanın “Digi24” nəşri yazır ki, okeanlarla əlaqəsi olmayan ən böyük su hövzəsi olan Xəzər dənizi son onilliklərdə sürətlə kiçilir. Yeni beynəlxalq elmi araşdırmanın nəticələrinə görə, bu prosesin əsas səbəbi əvvəllər hesab edildiyi kimi yalnız iqlim dəyişikliyi deyil, ilk növbədə, insan fəaliyyətidir. Məqalədə qeyd olunur ki, son 30 il ərzində Xəzər dənizi təxminən 24 min kvadratkilometr su səthini itirib. Bu, sahəsinə görə İtaliyanın Siciliya adası ilə müqayisə olunur. Həmin dövrdə dənizin səviyyəsi təxminən iki metr aşağı düşüb və ən böyük dəyişikliklər onun dayaz şimal hissəsində müşahidə edilib.

“Digi24” yazır ki, tədqiqatçılar peyk müşahidələrini, hidroloji məlumatları və Xəzərə tökülən əsas çayların göstəricilərini təhlil edərək belə nəticəyə gəliblər ki, dənizə daxil olan suyun həcmi kəskin şəkildə azalıb. Halbuki Xəzərin əsas su mənbəyi olan Volqa çayının hövzəsində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalmayıb.

Məqalədə vurğulanır ki, problemin əsas səbəbi Volqa çayı üzərində tikilmiş çoxsaylı bəndlər, su anbarları, geniş suvarma sistemləri, sənaye və kommunal təsərrüfatda su istehlakının artmasıdır. Nəticədə Xəzərə çatmalı olan suyun əhəmiyyətli hissəsi dənizə qədər gəlib çıxmır. Nəşrin istinad etdiyi araşdırmada bildirilir ki, iqlim dəyişikliyi də prosesə təsir göstərir. Artan temperatur suyun buxarlanmasını sürətləndirir. Bununla belə, alimlərin hesablamalarına əsasən, son onilliklərdə qeydə alınan su itkisinin təxminən 60 faizi insan fəaliyyəti, 40 faizi isə iqlim amilləri ilə bağlıdır.

“Digi24” qeyd edir ki, Xəzər dənizinin kiçilməsi təkcə ekoloji problem deyil. Su səviyyəsinin aşağı düşməsi nərə balıqlarının yaşayış mühitinə, biomüxtəlifliyə, balıqçılıq sənayesinə, sahil ekosistemlərinə və köçəri quşların məskunlaşdığı ərazilərə ciddi təhlükə yaradır. Məqalədə vurğulanır ki, proses iqtisadi baxımdan da mühüm nəticələr doğura bilər. Xəzər hövzəsi Avropa ilə Asiyanı birləşdirən enerji və nəqliyyat marşrutlarının əsas hissəsidir. Dənizdə su səviyyəsinin azalması limanların fəaliyyətinə, gəmiçiliyə, neft-qaz infrastrukturuna və Orta Dəhliz üzrə yükdaşımalarına mənfi təsir göstərə bilər.

Nəşr bildirir ki, Xəzər dənizinin gələcəyi beş sahilyanı dövlət – Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında əməkdaşlıqdan da asılıdır. Alimlər hesab edirlər ki, su ehtiyatlarının idarə olunması, çay hövzələrinin qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində koordinasiyalı tədbirlər görülməzsə, Xəzərdə suyun azalması gələcəkdə daha da sürətlənə bilər. “Digi24” nəşrinin qənaətinə görə, Xəzər dənizində baş verən dəyişikliklər təkcə region ölkələri üçün deyil, həm də Avropa ilə Asiya arasında enerji, logistika və ekoloji təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan qlobal məsələdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

23:19
28 İyun

Jan-Noel Barro: Növbəti prezident hakimiyyəti fransızlara qaytarmalıdır

22:08
28 İyun

Fransada mülki təyyarə qəzası: 11 nəfər həlak olub

21:31
28 İyun

Pianoçu Əhəd Əsgərov: Heydər Əliyevin siyasəti Azərbaycanın mədəniyyət sahəsindəki nailiyyətlərinin təməlidir  

20:56
28 İyun

Rumıniyanın “Digi24” nəşri: Xəzər dənizinin kiçilməsinin əsas səbəbi insan fəaliyyətidir

20:29
28 İyun

Almaniyada ən yüksək temperatur qeydə alınıb: 41,7 dərəcə

19:42
28 İyun

Polşa nasizm qurbanları olan vətəndaşlarına görə Almaniyadan illik təzminat tələb edir

19:11
28 İyun

Polşada rekord istilər: iyun ayı üçün tarixi maksimum yeniləndi

18:52
28 İyun

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi  

17:38
28 İyun

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: həlak olanlar var

17:06
28 İyun

Tədqiqat: Avropada mövcud istilik 50 il əvvəl mümkün deyildi

16:27
28 İyun

DÇ-2026: Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib

15:33
28 İyun

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

15:09
28 İyun

İraqda İranın ali dini liderinin cənazəsi ilə vida mərasimləri təşkil ediləcək

14:49
28 İyun

Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb 

14:26
28 İyun

Harri Keyn Ronaldunun rekordunu yeniləyib

14:01
28 İyun

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb  

13:55
28 İyun

Almaniyada gecə temperaturu üzrə yeni rekord qeydə alınıb  

13:27
28 İyun

Sabah üçün hava proqnozu açıqlanıb

13:03
28 İyun

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

11:37
28 İyun

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

11:16
28 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!