28 İyun 2026 20:56
638
Mədəniyyət
A- A+
Pianoçu Əhəd Əsgərov: Heydər Əliyevin siyasəti Azərbaycanın mədəniyyət sahəsindəki nailiyyətlərinin təməlidir  

Pianoçu Əhəd Əsgərov: Heydər Əliyevin siyasəti Azərbaycanın mədəniyyət sahəsindəki nailiyyətlərinin təməlidir  


Ümummilli Lider Heydər Əliyevin siyasəti Azərbaycanın mədəniyyət və incəsənət sahəsində nailiyyətlərin güclü təməlini yaradıb, minlərlə gənc istedad üçün yol açıb. Fəxr edirəm ki, musiqi sahəsində nailiyyətlərim bu dahi şəxsiyyətin adı ilə ayrılmaz şəkildə bağlıdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində 45 il qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfə verən tanınmış pianoçu Əhəd Əsgərov bildirib.

Ə.Əsgərov qeyd edib ki, məhz mədəniyyət sahəsinə xüsusi diqqət yetirən Azərbaycan dövlətçiliyinin memarının uzaqgörən fəaliyyəti sayəsində respublikanın hər yerindən perspektivli istedadlar Bakıda təhsil almağa dəvət olunur, ən çox müvəffəqiyyət qazananlar isə Sovet İttifaqının aparıcı universitetlərinə göndərilirdi: “Hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev gələcək çətinlikləri qabaqcadan görür, xalqının inkişafı üçün əlindən gələni edirdi. Mən şəxsən dahi siyasətçinin dəfələrlə tamaşalardan sonra səhnə arxasında sənətçilərlə ünsiyyət qurduğunun şahidi olmuşam. Heydər Əliyev Qara Qarayev, Niyazi, Müslüm Maqomayev və başqalarını yüksək qiymətləndirirdi. O vaxt heç də hər dövlət lideri mədəniyyətə bu qədər diqqət yetirmirdi”. Ə.Əsgərov Moskva Konservatoriyasında oxuyarkən digər respublikalardan olan həmyaşıdlarının Heydər Əliyevin yüksək nüfuzundan bəhs etdiklərini, Azərbaycandan olan gənc mütəxəssislərə necə həsəd apardıqlarını xatırladıb.

“Məhz Heydər Əliyevin dövründə respublikamızın musiqi məktəbləri tələbələrin bir hissəsini Bakı Konservatoriyasına oxumağa göndərilməsini tələb edirdi, bir şərtlə ki, qayıdandan sonra həmin tələbələr təyinat üzrə yerlərdə işləsinlər. O dövrdə təkcə fortepiano şöbəsinə 125 nəfər qəbul olunurdu. Axı digər istiqamətlər də var idi. Bütün bunlar Azərbaycanda musiqinin geniş inkişafına güclü təkan verdi”, - deyə musiqiçi qeyd edib.


Ə.Əsgərov Ulu Öndərin vəfatı xəbərini şəxsi itki kimi qəbul etdiyini söylədi: “Heydər Əliyevin xatirəsinə konsert təşkil etmək təşəbbüsünü dəstəkləmək üçün dərhal Mersin Dövlət Opera və Balet Teatrının rəhbərliyinə müraciət etdim. Mənim iştirakımla keçirilən tədbir 2004-cü il yanvarın 22-də Mersin Mədəniyyət Mərkəzinin Fəxri zalında baş tutdu. Proqrama maraq çox yüksək idi”, - deyə Ə.Əsgərov iyirmi ildən artıq ailə arxivində qürurla saxladığı konsert afişasını göstərərək xatırlayır.

Onun sözlərinə görə, yaşadığın yerdən asılı olmayaraq, Heydər Əliyevdən nümunə götürmək, Vətənini heç vaxt unutmamaq və ölkəsinin bayrağını bütün dünyada qürurla daşımaq hər bir azərbaycanlının borcudur. “Ölkəmizə səmimi qəlbdən dəyər verməliyik. Bütün bu illər ərzində hər konsertimdən əvvəl tamaşaçıları Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Rauf Hacıyev, Cahangir Cahangirov, Ələkbər Tağıyev və başqaları haqqında məlumatlandırmışam”, - deyə hələ 1981-ci ildə Ankarada məşhur “Arşın mal alan” operettasının quruluşunda iştirak edən 72 yaşlı musiqiçi vurğulayıb.

Musiqiçi Prezident İlham Əliyevin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında tarixi və mədəni irsinin bərpası və inkişafı üzrə kursunu yüksək qiymətləndirib. “Prezident İlham Əliyev Ümummilli Liderin vəsiyyətini addımbaaddım həyata keçirir. Mədəniyyət paytaxtı - Şuşa fəal şəkildə dirçəlir ki, bu da məşhur Qarabağ musiqi məktəbinin yeni nəsil nümayəndələrinin yaranması üçün möhkəm təməldir”, - deyə o, dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas, dramaturq, müəllim və ictimai xadim Üzeyir Hacıbəylinin Vətənində - Şuşada da konservatoriyanın tezliklə açılacağına ümid etdiyini bildirib.

Türkiyədə olduğu illərdə Ə.Əsgərov Mersin şəhərində Opera Teatrının yaradılmasına xüsusi töhfə verib, 710-dan çox konsert proqramının repertuarına Azərbaycan bəstəkarlarının əsərlərini daxil edib.

Həmyerlimiz Türkiyədə Azərbaycanda mövcud olan ibtidai musiqi məktəbi sisteminin olmamasından təəssüfləndiyini bildirib. “Mən özüm Bakıdakı Bülbül adına məktəbi bitirmişəm, ona görə də musiqi təhsilinə çox erkən yaşlardan başlamağın vacibliyini yaxşı bilirəm”, - deyə bir neçə kitabın müəllifi olan Ə.Əsgərov vurğulayıb. Əsərlərindən sonuncusu 2025-ci ilin iyul ayında nəşr olunub və qardaş ölkədə musiqi müəllimi pleyadası yetişdirən tanınmış türkiyəli musiqiçi, Azərbaycan musiqisinin böyük pərəstişkarı Özcan Seyhana həsr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!