14 İyul 2026 14:30
99
SİYASƏT
A- A+
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəngin mədəni irsini, tarixi yaddaşını və mənəvi birliyini təcəssüm etdirən mühüm məkandır. Türk Xəbər Agentlikləri Alyansının (ATNA) ilk addımlarını Şuşada atması və vacib müzakirələrin məhz burada keçirilməsi Alyansımızın gələcək fəaliyyəti üçün də mühüm mənəvi əsas yaradır. Bu gün qlobal informasiya məkanının sürətlə dəyişdiyini vurğulayan Vüqar Əliyev bildirib ki, yeni texnologiyalar, süni intellekt, sosial media platformaları və rəqəmsal kommunikasiya vasitələri xəbərin hazırlanması, yayılması və istehlakı prosesini tamamilə yeni mərhələyə çıxarıb. İnformasiya indi daha sürətlə yayılır, auditoriyanın xəbərə çıxış imkanları genişlənir. Eyni zamanda, xəbər agentliklərinin qarşısına yeni və mürəkkəb çağırışlar çıxır.

Vüqar Əliyev ATNA-nın bu məqsədə çatmaq üçün çox mühüm əməkdaşlıq platforması olduğunu vurğulayaraq deyib: “Alyans çərçivəsində xəbər, foto və videomaterialların mübadiləsinin genişləndirilməsi, birgə media layihələrinin hazırlanması, jurnalistlər üçün təlim və təcrübə proqramlarının keçirilməsi, texnoloji yeniliklərin paylaşılması qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilər”.

“Qazcontent” İdarə Heyətinin sədri, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) prezidenti Adil Seifullin bildirib ki, Türk dünyası təkcə ortaq tariximiz, dilimiz və mədəniyyətimiz deyil. Bu, həm də etimada, əməkdaşlığa və birgə inkişafa əsaslanan geniş bir məkandır. Bu gün Türk Xəbər Agentlikləri Alyansı regional əməkdaşlığın əsas platformalarından birinə çevrilib və burada irəli sürdüyümüz ideyalar konkret layihələr şəklində həyata keçirilir.

O qeyd edib ki, xalqlarımızı minilliklərə söykənən tarixi bağlar birləşdirir. Müasir reallıqlar isə ticarət, nəqliyyat, elm, təhsil və rəqəmsal texnologiyalar sahələrində yeni əməkdaşlıq imkanları yaradır. “Bu gün qarşımızda duran əsas vəzifə birgə səylərlə bu əməkdaşlığı real məzmunla zənginləşdirməkdir. Media sahəsində informasiya mübadiləsini gücləndirməli, ölkələrimiz haqqında xəbərləri birbaşa ilkin mənbədən əldə etməli və hər bir hadisəni məhz onun baş verdiyi ölkənin informasiya resurslarına istinadən işıqlandırmalıyıq. Bu yanaşma məlumatın operativliyini, dəqiqliyini və etibarlılığını artıracaq”, - deyə Adil Seifullin bildirib.

Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhanın sözlərinə görə, jurnalistika əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olur. Bu hadisələr çox vaxt müvəqqəti xarakter daşıyır. Hətta bəzən bir neçə gün əvvəl şahidi olduğumuz hadisələri belə tez unuduruq. Buna görə də peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır.

"İstər kitab nəşr etməklə, istər sənədli film hazırlamaqla, istərsə də digər vasitələrlə hadisələri sənədləşdirməli, onların həqiqi hekayəsini gələcək nəsillərə çatdırmalıyıq. Bu, xüsusilə şəhərlərin yenidən qurulması, tarixi abidələrin bərpası və onlarla bağlı xatirələrin qorunması baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

“Kabar” Xəbər Agentliyinin Baş redaktoru Nazgül Nurmanbetova Türk Xəbər Agentlikləri Alyansı üçün böyük perspektivlərin mövcud olduğunu deyib. O, həmçinin Alyans çərçivəsində qurulacaq tərəfdaşlıqların həm peşəkar təcrübə mübadiləsinə, həm də birgə media layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Nazgül Nurmanbetova qeyd edib ki, platforma çərçivəsində daha məhsuldar dialoqun aparılması, tərəfdaş agentliklərlə daha sıx işgüzar münasibətlərin qurulması vacibdir.

“Bundan sonra əməkdaşlığımız daha intensiv, səmərəli və yaxın xarakter alacaq. Əminəm ki, birgə səylərimiz nəticəsində informasiya mübadiləsi genişlənəcək, peşəkar əlaqələrimiz möhkəmlənəcək və ortaq məqsədlərimizə daha uğurla nail olacağıq”, - deyə Baş redaktor bildirib.

UzA xəbər agentliyinin Baş redaktor müavini Qayrat Xonnazarov vurğulayıb ki, qarşılıqlı etimad, operativ informasiya mübadiləsi və peşəkar həmrəylik dövlət xəbər agentlikləri arasında əməkdaşlığın əsas prinsiplərini təşkil etməlidir. “Bu baxımdan, bugünkü iclasın gündəliyinə daxil edilmiş məsələlərin aktuallığını xüsusi vurğulamaq istərdim. Alyansa üzv agentliklər arasında informasiya mübadiləsinin gücləndirilməsi, birgə peşəkar layihələrin və tədbirlərin genişləndirilməsi təşkilatın institusional inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə və beynəlxalq informasiya məkanında nüfuzunun daha da artmasına mühüm töhfə verəcək”.

Türk Dövlətləri Təşkilatının nümayəndəsi Kunduz Rüstembekova isə qeyd edib ki, irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr, xüsusilə də Türk Xəbər Agentlikləri Alyansına (ATNA) agentliklər arasında birbaşa xəbər mübadiləsini təmin edəcək ortaq platformaların yaradılması, əməkdaşlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, bu platforma informasiya mübadiləsini daha operativ və səmərəli edəcək, üzv agentliklər arasında əlaqələri daha da möhkəmləndirəcək. “ATNA türk dövlətlərinin media məkanında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi üçün mühüm mexanizmlərdən biridir. Ümid edirəm ki, Alyans çərçivəsində bütün üzv agentliklərlə daha sıx, məhsuldar və uzunmüddətli əməkdaşlıq quracaq, birgə layihələr vasitəsilə ortaq informasiya məkanının inkişafına mühüm töhfə verəcəyik”, - deyə Kunduz Rüstembekova vurğulayıb.

Daha sonra iclasda Alyansın fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzv agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub. ATNA-nın Nizamnaməsinə təklif olunan dəyişikliklərə baxılıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin türk dövlətlərinin turizm və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək fotomüsabiqənin keçirilməsi ilə bağlı hazırlanan plan nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər üzv ölkələrin turizm potensialının və ortaq mədəni dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14:53
14 İyul

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

14:47
14 İyul

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

14:30
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

14:12
14 İyul

Zəngəzur dəhlizi regionda daimi sülhün əsas təminatçılarından biri olacaq

14:07
14 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:03
14 İyul

IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib

14:00
14 İyul

Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir

13:51
14 İyul

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

13:49
14 İyul

“Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusu müzakirə olunub

13:38
14 İyul

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

13:27
14 İyul

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

13:16
14 İyul

Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

13:04
14 İyul

IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr

12:51
14 İyul

Milli Məclis miqrasiya sahəsində rəqəmsallaşmanı genişləndirən qanun dəyişikliklərini qəbul edib

12:48
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!