14 İyul 2026 15:31
487
SİYASƏT
A- A+
Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini səfərlə bağlı sosial media hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, X portalındakı paylaşımda Slovakiyanın dövlət başçısı səfər proqramı çərçivəsində Prezident İlham Əliyevlə bir qədər qeyri-adi şəkildə yola davam etdiyini yazıb: “Rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının avtomobili şəxsən idarə etməsi, əlbəttə ki, adi hal deyil. Bu qeyri-adi və diqqətli jest məni səmimi-qəlbdən sevindirdi. Bu, ölkələrimiz arasında mövcud olan isti münasibətlərin, xalqlarımızı birləşdirən dostluğun, eləcə də tərəfdaşlığımızın təməlini təşkil edən qarşılıqlı etimad və hörmətin bariz ifadəsi idi. Bu unudulmaz qonaqpərvərlik nümunəsinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”.

Slovakiya Prezidenti digər paylaşımında isə Ağdam rayonunun Baş Qərvənd kəndinə səfərindən bəhs edib: “Ağdamda bölgənin bərpasının ən təsirli rəmzlərindən biri olan Baş Qərvənd “Ağıllı kənd” layihəsi ilə tanışlıq imkanım oldu. Slovakiya şirkətlərinin bu iddialı layihənin həyata keçirilməsində mühüm rol oynaması və Slovakiya təcrübəsinin daha parlaq gələcəyin qurulmasına töhfə verməsi qürurvericidir.

Müasir infrastrukturun və innovativ həllərin tətbiqi sayəsində bu layihə insanların təhlükəsiz, layiqli və davamlı şəkildə doğma yurdlarına qayıdaraq mülki həyata yenidən inteqrasiya olunmaları üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevlə birlikdə gələcəkdə general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlini də qoyduq. Bu məktəb Slovakiya ilə Azərbaycan arasında dostluğun davamlı rəmzi olmaqla yanaşı, gələcək nəsillərə yönəlmiş mühüm sərmayədir”.

Dövlət başçısı bu əməkdaşlığı strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

15:02
10 Avqust

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

12:59
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!