14 İyul 2026 13:27
148
SİYASƏT
A- A+
Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

Qazaxıstanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bəyanatlarını işıqlandırmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, “Kazinform”, “Tengrinews.kz”, “Zakon.kz”, “EL.kz”, “Kazakhstan Today”, “Liter.kz”, “Inbusiness.kz” və digər milli media orqanlarında Azərbaycan liderinin çıxışı ilə bağlı materiallar dərc olunub.

Dövlətimizin başçısının Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına Qazaxıstanın verdiyi töhfə ilə bağlı fikirlərinə geniş yer ayrılıb. Media orqanları Prezident İlham Əliyevin Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə görə Prezident Kasım-Jomart Tokayevə və qazax xalqına minnətdarlıq ifadə edən sözlərini ön plana çıxarıb.

Qazaxıstan mediası Azərbaycan Prezidentinin Xəzər dənizinin sahillərində yerləşən ölkələr arasında nəqliyyat əməkdaşlığının inkişafı ilə bağlı açıqlamalarını da ətraflı işıqlandırıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında fəal əməkdaşlıq olmadan, Xəzər regionunda irimiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsinin mümkün olmadığını bəyan edib.

Liman infrastrukturunun genişləndirilməsinə, həmçinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında mövcud əməkdaşlıq formatına dair bəyanatlara xüsusi diqqət yetirilib. Qazaxıstan mediası dövlətimizin başçısına istinadla bildirib ki, tərəflər tarif siyasəti, nəqliyyatın rəqəmsallaşdırılması və gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi üzərində işləyir, həmçinin digər sahələrdə əməkdaşlığı inkişaf etdirirlər.

Materiallarda Prezident İlham Əliyevin 2024-cü ildə Bakıda Xəzər dənizinin dibi ilə enerji kabeli çəkilməsinə dair imzalanmış müqavilə haqqında fikirlərinə istinad edilir.

Məqalələrdə, həmçinin Qazaxıstan neftinin müəyyən həcmdə Azərbaycan ərazisindən nəqlinə başlanması qeyd olunur.

Qazaxıstan mediası Azərbaycan Prezidentinin tarixi Türküstan şəhərinə son səfəri ilə bağlı fikirlərinə istinadla qeyd edib ki, dövlət başçısı tarixi irsə və ulu əcdadların xatirəsinə göstərilən diqqəti yüksək qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14:53
14 İyul

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

14:47
14 İyul

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

14:30
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

14:12
14 İyul

Zəngəzur dəhlizi regionda daimi sülhün əsas təminatçılarından biri olacaq

14:07
14 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:03
14 İyul

IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib

14:00
14 İyul

Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir

13:51
14 İyul

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

13:49
14 İyul

“Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusu müzakirə olunub

13:38
14 İyul

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

13:27
14 İyul

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

13:16
14 İyul

Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

13:04
14 İyul

IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr

12:51
14 İyul

Milli Məclis miqrasiya sahəsində rəqəmsallaşmanı genişləndirən qanun dəyişikliklərini qəbul edib

12:48
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!