14 İyul 2026 13:49
190
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

14 iyul - Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə sədr Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı önünə tər çiçəklər düzülüb.

Sonra Konstitusiya Məhkəməsində keçirilən tədbirdə sədr Fərhad Abdullayev çıxış edərək məhkəmənin ötən dövr ərzində keçdiyi inkişaf yolundan, ölkəmizdə konstitusiya ədalət mühakiməsinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Konstitusiya Məhkəməsinin Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, hüququn aliliyinin möhkəmləndirilməsi və konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində önəmini qeyd edib.

Çıxışda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun inkişafına, hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə və konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.

Tədbirdə Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin inkişafı, müxtəlif ölkələrin konstitusiya məhkəmələri və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı, eləcə də konstitusiya hüququ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Daha sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə ixtisas dərəcələri verilmiş Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşlarına müvafiq vəsiqələr təqdim edilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, bu ali etimadın onların bundan sonrakı fəaliyyətində dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla çalışmaları üçün mühüm stimul olduğunu bildirib.

Tədbirin sonunda “Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi” adlı təqdimat keçirilib.

Təqdimatda süni intellekt texnologiyalarının Konstitusiya Məhkəməsinin iş prosesində tətbiqi imkanları, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məlumatlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və konstitusiya ədalət mühakiməsi sahəsində proseslərin sürətləndirilməsi barədə ətraflı məlumat verilib. Sistemin əsas funksiyaları nümayiş etdirilərək rəqəmsal texnologiyaların və süni intellekt həllərinin gələcəkdə Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında, qərarların təhlili və hüquqi araşdırmaların daha çevik aparılmasında mühüm rol oynayacağı vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14:53
14 İyul

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

14:47
14 İyul

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

14:30
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

14:12
14 İyul

Zəngəzur dəhlizi regionda daimi sülhün əsas təminatçılarından biri olacaq

14:07
14 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:03
14 İyul

IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib

14:00
14 İyul

Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir

13:51
14 İyul

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

13:49
14 İyul

“Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusu müzakirə olunub

13:38
14 İyul

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

13:27
14 İyul

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

13:16
14 İyul

Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

13:04
14 İyul

IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr

12:51
14 İyul

Milli Məclis miqrasiya sahəsində rəqəmsallaşmanı genişləndirən qanun dəyişikliklərini qəbul edib

12:48
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!