14 İyul 2026 13:04
144
SİYASƏT
A- A+
Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" mövzusunda panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, panel "AnewZ” televiziya kanalının baş redaktorun müavini Orxan Amaşovun moderatorluğu ilə baş tutub.

Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan jurnalistikanın əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olduğunu deyib: "Bu hadisələr çox vaxt müvəqqəti xarakter daşıyır. Hətta, bəzən bir neçə gün əvvəl şahidi olduğumuz hadisələri belə tez unuduruq. Buna görə də peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır".

Onun sözlərinə görə, jurnalistika keçmişlə gələcək arasında körpü rolunu oynayır və bu baxımdan onun missiyası son dərəcə vacibdir.

"AnewZ” televiziya kanalının icraçı direktor Rüfət Həmzəyev deyib ki, media təkcə dağıntıları deyil, həm də dayanıqlılığı, bərpa və yenidənqurma prosesini işıqlandırmalıdır. O diqqətə çatdırıb ki, dağıntıların sənədləşdirilməsi ilə bərpa prosesinin işıqlandırılması arasında mühüm fərq var. Dağıntılar dərhal baş verir, bərpa isə daha uzun zaman tələb edən bir prosesdir. Dağıntılar təsirli görüntülər və diqqətçəkən başlıqlar yaradır. Bərpa prosesi isə daha mürəkkəb və çoxşaxəlidir.

"Burada medianın üzərinə düşən daha bir mühüm məsuliyyət var. Media yalnız baş verənləri çatdırmaqla kifayətlənməməlidir. Yaddaşın necə qorunacağını və gələcək nəsillərə necə ötürüləcəyini də düşünməliyik", - deyə Rüfət Həmzəyev deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14:53
14 İyul

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

14:47
14 İyul

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

14:30
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

14:12
14 İyul

Zəngəzur dəhlizi regionda daimi sülhün əsas təminatçılarından biri olacaq

14:07
14 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:03
14 İyul

IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib

14:00
14 İyul

Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir

13:51
14 İyul

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir təşkil olunub

13:49
14 İyul

“Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusu müzakirə olunub

13:38
14 İyul

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarına geniş yer ayırıb

13:27
14 İyul

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

13:16
14 İyul

Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti PANEL MÜZAKİRƏ

13:04
14 İyul

IV Şuşa Qlobal Media Forumu: Media üfüqləri - Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr

12:51
14 İyul

Milli Məclis miqrasiya sahəsində rəqəmsallaşmanı genişləndirən qanun dəyişikliklərini qəbul edib

12:48
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!