10 May 2026 13:57
717
SİYASƏT
A- A+
Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanın regionda yaratdığı yeni reallıqların və yürütdüyü qətiyyətli siyasətin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev bu tədbirdə videobağlantı formatında etdiyi çıxışda Cənubi Qafqazdakı postmünaqişə mərhələsinin reallıqlarını, ölkəmizin sülh və əməkdaşlıq gündəliyinə verdiyi töhfələri diqqətə çatdırdı, habelə Azərbaycanın ikili standartlara, bir sıra təsisatların qərəzli mövqelərinə qarşı barışmaz olduğunu bəyan etdi. 

Qeyd edək ki, Azərbaycan Respublikası həyata keçirdiyi qətiyyətli və milli maraqlara söykənən siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sabitliyin təminatçısı və əməkdaşlığa töhfələr verən dövlət kimi mövqeyini möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərə dəvət olunması, o cümlədən, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarında iştirakı da dövlətimizin başçısının yüksək nüfuzunun və Azərbaycanın qlobal siyasətdə söz sahibinə çevrilməsinin bariz göstəricisidir. 

“Avropa Siyasi Birliyi” platforması Avropa qitəsində siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan mühüm siyasi təşəbbüslərdən biridir. Azərbaycanın bu formatda fəal iştirakı ölkəmizin Avropa məkanı ilə münasibətlərinin yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, həm də siyasi dialoq müstəvisində inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etdi. Dövlətimizin başçısının çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yeni reallıqları formalaşdıran və sülh gündəliyini irəli aparan əsas aktordur.  Məlumdur ki, ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra qalib Azərbaycan həm də sülh təşəbbüsünü irəli sürüb. Müharibədən sonra rəsmi Bakı sülhlə bağlı konstruktiv və beynəlxalq hüquq prinsiplərinə söykənən mövqe ortaya qoyub. Ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesi daha da sürətlənib.  Bu prosesin mühüm detallarından biri Azərbaycanın Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasıdır. Bu gün Azərbaycanın Ermənistana benzin və dizel göndərməsi, habelə digər ölkələrdən Ermənistana Azərbaycan ərazilərindən keçməklə məhsul göndərilməsi sülh prosesinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. O cümlədən, Azərbaycanını əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi də (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) də iki dövlət arasındakı sülh prosesini və bütövlükdə etimad mühitinin möhkəmlənməsini təmin edən mühüm amillərdən biridir. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bu barədə ətraflı məlumat verdi və dövlətimizin başçısının qeyd etdiyi kimi həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

Qeyd edək ki, Avropa Komissiyası Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə münasibətdə obyektiv mövqe nümayiş etdirir və Prezident İlham Əliyev çıxışında bu quruma təşəkkürünü bildirdi. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmirlər. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycana qarşı münasibətləri göstərir ki, bu qurumlar erməni lobbisinin maraqlarından çıxış edərək ədalətin və əsil həqiqətlərin nədən ibarət olduğunu görməzdən gəlirlər. Məlum olduğu kimi erməni lobbisinin sifarişlərini yerinə yetirən AŞPA-da Azərbaycan nümayəndə heyətinə məhdudiyyətlər tətbiq edilib. Avropa Parlamenti isə 2021-ci ilin may ayından 2026-cı ilin aprel ayına qədər respublikamıza qarşı iftira və böhtanla dolu 14 qətnamə qəbul edib. “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir” -deyə dövlətimzin başçısı bildirib.

Bu təşkilatlarda erməni lobbisinin sifarişlərini yerinə yetirənlər düşünürlər ki, bununla Azərbaycana təzyiq edə və onu öz yolundan döndərə bilərlər. Lakin yanılırlar. Çünki Azərbaycan özünün qətiyyətli yolu və siyasəti olan dövlətdir. Azərbaycan sözügedən təşkilatlarla əməkdaşlığa son qoymaqla göstərdi ki, heç bir qüvvə respublikamızın siyasi iradəsinə təsir göstərə bilməz.

Bütövlükdə, “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanın regionda yaratdığı yeni reallıqların və yürütdüyü qətiyyətli siyasətin beynəlxalq ictimaiyyətə bəyan edilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyevin çıxışı ölkəmizin prinsipial mövqeyini, beynəlxalq hüquqa əsaslanan siyasətini və sülhə yönəlmiş strateji baxışını bir daha Avropa siyasi elitasının diqqətinə çatdırdı.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

12:45
08 İyun

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

12:36
08 İyun

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

12:29
08 İyun

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

12:25
08 İyun

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

12:24
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!