25 Sentyabr 2026 08:10
191
İQTİSADİYYAT
A- A+
SOCAR-ın Qərbi Afrika layihəsi

SOCAR-ın Qərbi Afrika layihəsi


Bu günlərdə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə İtaliyanın "Eni S.p.A." şirkəti arasında Kot-d'İvuar (Fil Dişi Sahili) Respublikasında yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması prosesi yekunlaşıb. Əməliyyat bütün tələb olunan təsdiqlərin alınması və zəruri şərtlərin icrası ilə başa çatdırılıb.

"Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng yataq 2021-ci ildə kəşf edilib və 2023-cü ildə burada hasilata başlanıb. Bu yataq dəniz səviyyəsindən təqribən 1200 metr dərinlikdə "məskunlaşıb".

"Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. 

SOCAR "Baleine" yatağının işlənməsi layihəsində iştirak payının alınması ilə bağlı sazişi "Eni S.p.A." şirkəti ilə bu ilin yanvarında imzalayıb. Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Sənədə Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi imza atıblar. SOCAR-ın layihədə 10 faiz iştirak payının əldə olunması prosesinın  yekunlaşmasından sonra iştirak payları belədir:"Eni" (həm də operatordur) 37,25 faiz, "Vitol"  30 faiz, "Petroci"  22,75 faiz və SOCAR  10 faiz. 

 SOCAR-ın "Baleine"dəki tərəfdaşları ilə yaxından tanış olaq. "Eni S.p.A." qlobal miqyasda fəaliyyət göstərən nəhəng İtaliya transmilli enerji şirkətidir. Dünyanın ən böyük neft-qaz korporasiyalarından biri olmaqla, bərpaolunan enerji və dekarbonizasiya sahəsində də həllər təqdim edir. Fəaliyyət sahəsi neft-qaz hasilatı və emalı, elektrik enerjisi istehsalı, innovativ enerjiyə keçiddən ibarətdir. "Eni" 1953-cü ildə təsis edilib, 71 500-ə yaxın əməkdaşı olan beynəlxalq bir qurumdur.

"Eni" onilliklərdir Azərbaycanın etibarlı tərəfdaşı kimi sınaqdan keçib. Hazırda bu şirkət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 10 səhmdarından biridir və layihədə 5 faiz iştirak payına malikdir. 2024-cü ildə SOCAR-la "Eni" arasında Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev dəfələrlə bu şirkətin rəhbərlərini qəbul edib, həmin görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Vitol" isə 1966-cı ildə Rotterdamda yaradılmış İsveçrə-Hollandiya mənşəli bir şirkətdir. Dünyanın ən iri enerji və neft treyderlərindən biri sayılır. Qlobal miqyasda enerji paylanması və əmtəə həlləri təklif edən şirkət SOCAR kimi sanballı qurumlarla əməkdaşlıq edir.

Neft, qaz və "yaşıl enerji" sahəsində ölkəmizin çoxsaylı tərəfdaşları sırasına qoşulmuş "PETROCI Holding"i də yaxından tanıyaq. Bu holdinq 1975-ci ildə yaradılıb. Kot-d'İvuarın milli neft şirkətidir. Şirkət karbohidrogenlərin kəşfiyyatı, hasilatı, habelə neft və neft məhsullarının ticarəti ilə məşğuldur. 

Qeyd edək ki, hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz çıxarılır. 4 milyard dollar investisiya ilə təsdiqlənən və inşası davam edən 3-cü mərhələnin işə düşməsi ilə hasilatın gündəlik 150 min barel neftə və 5,7 milyon kubmetr qaza çatdırılması gözlənilir. Yataqdakı neftin potensial həcminin təxminən 2,5 milyard barel, təbii qaz ehtiyatlarının isə 3,3 trilyon kubfut (93,4 milyard kubmetr) olduğu təxmin edilir.

Bu günlərdə yekunlaşan satınalma SOCAR-ın Afrikanın "upstream"( neft-qaz sektorunda istehsal zəncirinin ən başlanğıc mərhələsi) sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal "upstream" fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək yarmarkası təşkil olunub

09:20
25 Sentyabr

"Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib

09:10
25 Sentyabr

"Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının yubileyləri qeyd edilib

09:00
25 Sentyabr

Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər

08:57
25 Sentyabr

Formula 2: Sprint yarışı start götürüb

08:55
25 Sentyabr

Pezeşkian: İran beynəlxalq hüquq çərçivəsində ABŞ ilə razılaşmaya hazırdır

08:54
25 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

08:53
25 Sentyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən yüksəksəviyyəli görüşünə yekun vurulub

08:52
25 Sentyabr

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

08:51
25 Sentyabr

Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

08:50
25 Sentyabr

Şirvanda şəhid ailələri və müharibə əlilləri ziyarət edilib

08:50
25 Sentyabr

Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər

08:49
25 Sentyabr

Tovuzda Vətən müharibəsi şəhidləri anıldı

08:40
25 Sentyabr

Lənkəran payız-qış mövsümünə hazırlaşır

08:30
25 Sentyabr

Süni intellekt əmək bazarını necə dəyişir?

08:20
25 Sentyabr

SOCAR-ın Qərbi Afrika layihəsi

08:10
25 Sentyabr

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsi

08:00
25 Sentyabr

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb

02:48
25 Sentyabr

Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib

02:23
25 Sentyabr

Azərbaycan XİN rəhbəri Sent-Kits və Nevisin xarici işlər naziri ilə görüşüb

02:15
25 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm bağlantı mərkəzinə çevrilib

01:49
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!