25 Sentyabr 2026 01:49
355
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm bağlantı mərkəzinə çevrilib

Ceyhun Bayramov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm bağlantı mərkəzinə çevrilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycanın dənizə çıxışı olmayan coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına çevirdiyini vurğulayıb.

Ceyhun Bayramov tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal bağlantıların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun vahid sistemdə birləşdirilməsi qlobal ticarət arxitekturasının dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır.

Ceyhun Bayramov davamlı bağlantının təmin olunması üçün sülhün zəruri şərt olduğunu vurğulayıb. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların, eləcə də TRIPP təşəbbüsünün regional və qlobal tranzit şəbəkələrinin genişləndirilməsinə yaradacağı imkanlardan danışıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

16:32
06 Noyabr

Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib

16:31
06 Noyabr

Xocalıda ağacəkmə aksiyası

16:30
06 Noyabr

Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb - YENİLƏNİB

16:29
06 Noyabr

Qlobal səhm bazarlarında kəskin azalma baş verib

16:26
06 Noyabr

 Makrona etimad ən aşağı səviyyəyə düşüb

16:24
06 Noyabr

Astara Pedaqoji Kollecində Zəfər günü ilə bağlı tədbir keçirilib   

16:23
06 Noyabr

Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib  

16:19
06 Noyabr

Smart eynəklər qadağan oluna bilər  

16:16
06 Noyabr

“Google”, “Meta” və “TikTok” Kaliforniyanı məhkəməyə verib

15:45
06 Noyabr

“El-Ninyo”nun marta qədər davam edəcəyi gözlənilir  

15:41
06 Noyabr

Cəlilabadda “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş təşkil olunub  

15:41
06 Noyabr

Salyanda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib  

15:39
06 Noyabr

Neftçala Peşə Məktəbində Zəfər Günü münasibəti ilə tədbir keçirilib  

15:38
06 Noyabr

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb  

15:07
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

15:05
06 Noyabr

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:03
06 Noyabr

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək  

15:02
06 Noyabr

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb

15:00
06 Noyabr

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur  

15:00
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

14:59
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!