20 May 2026 08:40
559
Mədəniyyət
A- A+
Sərvətdən sənətə

Sərvətdən sənətə


"Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən, əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür". 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı təkcə neftin deyil, həm də sənətin və sənətkarlığın mərkəzinə çevrilmişdir. Şəhərin simasını dəyişən, onu "Qafqazın Parisi" səviyyəsinə yüksəldən isə neft sənayesinin formalaşdırdığı yeni elita - Bakı milyonçuları idi. 

Onların memarlıq zövqü, sadəcə, var-dövlətin nümayişi deyildi, Şərqin köklü ənənələri ilə Qərbin müasir estetik anlayışının möhtəşəm ittifaqı idi. Həmin dövrün binaları sanki daşın yaddaşına həkk olunmuş bir intibah hekayəsidir. Hər biri fərqli memarlıq üslubunu - barokko, qotika, klassisizmi və moderni təmsil edirdi. Möhtəşəmliyi, əzəməti ilə seçilən mülklər Bakının mərkəzi küçələrini açıq səma altında bir muzeyə çevirirdi. Milyonçuların sifarişi ilə Avropadan dəvət olunan memarlar yerli əhəngdaşından istifadə edərək elə əsərlər yaradırdılar ki, onlar bu gün də şəhərin mədəni simasına xüsusi gözəllik verir. 

Bu memarlıq mirası bir tərəfdən Avropaya açılan pəncərəni, digər tərəfdən milli mənsubiyyəti qorumaq istəyini əks etdirirdi. Məhz bu "zövqlər yarışı" sayəsində Bakı özünəməxsus memarlıq simfoniyasını yarada bilmişdi. Bu insanlar öz sərvətlərini  bizneslə bərabər, həm də şəhərin mədəniyyətini və estetik görünüşünü formalaşdıran möhtəşəm saraylara yatırırdılar. Həmin dövrdə tikilən binalar yalnız yaşayış və ya iş yeri deyil, həm də sahibinin statusunun zənginliyini və dünyagörüşünü göstərən sənət əsərləri idi. Binalar yüksək zövqlə, bahalı materiallarla və detallı bəzəklərlə inşa edilirdi. Məsələn, Murtuza Muxtarovun həyat yoldaşı üçün tikdirdiyi saray - indiki "Səadət sarayı" Venesiya üslublu incəlikləri əks etdirir. Milyonçular özlərindən savayı, şəhərin inkişafı üçün də binalar tikdirirdilər. Musa Nağıyevin inşa etdirdiyi "İsmailiyyə" binası buna nümunədir. H.Z.Tağıyev Qafqazda ilk müsəlman Qızlar məktəbini tikdirdi. M.Nağıyev Realnı məktəbin inşasını maliyyələşdirdi. Milyonçular layihələr üçün məşhur Avropa və yerli memarlara - İosif Ploşko, Zivər bəy Əhmədbəyov və başqalarına müraciət edir, şəhərə həm üslublu, həm də müasir görkəm verirdilər. Hər bir milyonçu - H.Z.Tağıyev, M.Muxtarov, M.Nağıyev, Ş.Əsədullayev, İ.Hacınski öz mülklərində xüsusi bir üslubun üstünlük təşkil etməsinə çalışırdılar. Yalnız onların hamısını birləşdirən cəhət dövrün keyfiyyət və dəbə olan marağı idi. 

Bakı milyonçularının sifarişi ilə inşa edilən binalarda bir neçə mühüm cəhət ön plana çıxır: eklektika və üslub müxtəlifliyi. Şəhərin mərkəzində Venesiya qotikası, barokko, neoklassisizm, modern və ampir üslublu binalar ucaldılıb. Milyonçular Avropa dəbdəbəsini yerli milli-dini elementlərlə ustalıqla birləşdirirdi. Zənginlər arasında kimin daha əzəmətli bina tikdirəcəyi ilə bağlı gizli rəqabət mövcud idi. Bəzi binalar, məsələn, İsa bəy Hacınskinin mülkü rəqabət nəticəsində qısa müddətdə inşa olunmuşdur. 

Digər tərəfdən hər bir milyonçunun özünəməxsus zövqü binalarda aydın görünürdü. Murtuza Muxtarov Venesiya memarlığına xüsusi rəğbət bəsləyirdi. Musa Nağıyev daha çox momumental və simmetrik binalara üstünlük verirdi. Hacı Zeynalabdin Tağıyev klassik italyan intibahı və Şərq elementlərinin vəhdətini sevirdi. İsa bəy Hacınski müasirliyə və şəhərin mərkəzi nöqtələrində ucalan hündür binalara önəm verirdi. 

Milyonçular öz xəyallarını reallığa çevirmək üçün Avropadan və yerli məktəblərdən ən yaxşı mütəxəssisləri dəvət edirdilər. İosif Qoslavski Tağıyevin sevimli memarı idi. İosif Ploşko "İsmailiyyə" və "Sədaət sarayı" kimi incilərin müəllifi idi. Zivər bəy Əhmədbəyov Şərq və Qərb üslublarını sintez edən mütəxəssis idi. İ.Edel "Qrifonlu ev" və Hacınskinin mülkü kimi binaları layihələndirmişdir. 


Keçmişdən gələcəyə


 Bakı milyonçularının memarlıq zövqü, sadəcə, keçmişin parlaq səhifəsi deyil, həm də bu gün Bakının qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilməsində mühüm strateji amildir. Etiraf edək ki, Azərbaycanda keçirilən WUF13 bu tarixi irslə müasir innovasiyaların dialoqu üçün ideal məkan təqdim edir. 

WUF13-ün əsas mövzularından biri olan "mədəni irsin müasir inteqrasiyası" vaxtilə neft milyonçularının Bakıya gətirdiyi Avropa və Şərq sintezi ilə birbaşa səsləşir.  Onların tikdirdikləri mülklər şəhərin estetik və sosial mühitini formalaşdırır. WUF13 isə bu yanaşmanı qlobal səviyyəyə daşıyaraq "hər kəs üçün yaşana bilən və inklüziv şəhərlər" konsepsiyasını Bakıdan dünyaya yaymağı hədəfləyir. XIX əsrdə Bakının simasını neft sahibkarları dəyişirdisə, bu gün WUF13 çərçivəsində özəl sektorun şəhərsalmadakı rolu ən yüksək səviyyədə müzakirə olunur.

WUF13 iştirakçıları üçün Bakı, sadəcə, ev sahibi olmaqla yanaşı, həm də keçmiş və gələcəyin görüşdüyü canlı bir nümunədir. Milyonçuların yaratdıqları memarlıq inciləri forumun gündəliyinə daxil olan dayanıqlı inkişaf və tarixi mirasın qorunması məsələləri üçün vizual sübut rolunu oynayır. Beləliklə, Bakı milyonçularının memarlıq zövqü bu gün şəhərin beynəlxalq miqyasda şəhərsalma paytaxtı kimi tanınmasında təməl daşıdır. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də bu tarixin mirasının gələcək nəsillərə və dünyaya ötürülməsində yeni bir mərhələdir.

Qeyd edək ki, WUF13-ün hədəflədiyi "canlı və cəlbedici ictimai məkanlar" konsepsiyası Bakıda məhz Hacınski mülkünü və onun qarşısındakı bulvar xəttinin vəhdəti ilə hələ bir əsr əvvəl təməlləndirmişdir.


Hacınskinin evi


Bakıda keçmiş İmperator II Aleksandrın adını daşıyan Sahil küçəsində (indiki Neftçilər prospektində) yerləşən əzəmətli bina 1870-1920-ci illərdə Azərbaycanda ilk neft bumu dövrünün ən parlaq və diqqətəlayiq memarlıq abidələrindən biridir. Bakılıların yaşlı nəsli arasında qeyri-adi Roma-Qotik memarlığı ilə diqqət çəkən bu gözəl köhnə malikanə daha çox Hacınskinin evi kimi tanınır. Məhz bu binada o dövrün memarlığının ən xarakterik xüsusiyyətləri, məsələn, üslubun eklektikliyi, daş üzərində filiqran işi həm bina sahibinin, həm də memarın qeyri-adi təxəyyülünün bəhrəsi idi. Bina bakılı memar İohann Vilhelm Edel tərəfindən layihələndirilmişdi. Mütəxəssislər yazırlar ki, inqilabdan əvvəlki bir çox malikanə kimi, Hacınskinin evini birmənalı şəkildə hər hansı bir memarlıq üslubuna aid etmək çətindir. Bununla belə, inqilabdan əvvəlki Bakının memarlığının füsunkarlığı əhəmiyyətli dərəcədə müxtəlif memarlıq cərəyanlarının planlanmasında və bəzən ötkəm fərdiyyətçiliyində gizlənir.

XX əsrin əvvəllərində Bakının dənizkənarı məhəllələri əsasən bir və ikimərtəbəli idilər. İsa bəy Hacınskinin beşmərtəbəli, üstəlik küncdə erker-qülləli malikanəsi dərhal dominanta çevrilərək kimin kim olduğunu bəyan edir. Onun şəfalı, fəal silueti və həcmli kompozisiyası Bakının tarixi məhəllələrinin strukturunda aparıcı yer tutur. Yaşayış binasının memarlıq həllində əsasən roman memarlığının prinsiplərindən istifadə edilmişdir. Frontonların zirvələrindən yoldan keçənlərə indiyəcən görünməyən mühafizəçilərin başları baxır. Künc erkerin dominant şaquliliyi və əsas fasadın sıldırımlı frontonu ilə tamamlanan ox sistemi binanın memarlığının həlli üçün "açıq vərəq" rolunu oynayır.

Binanın fasadlarında, modern üslubunda qəbul edildiyi kimi, roman motivləri və gözətçi qüllə və sütunlu Orta əsr qalalarının stilizasiyasının sərbəstliyi hökm sürür. Sərtlik şuxluğa çevrilir. Fasadlarda və pəncərələrin altında estetik və bədii keyfiyyətlərə malik mozaikalar, rəngli vitrajlar, lociyalar, eyvanlar və erkerlər formasında həcmli plastikadan geniş istifadə olunmuşdur. 

İsa bəy şəhərə romantik modernizmin gözəl nümunəsini bəxş etmişdir. Onun Qız qalasının yanındakı malikanəsi sanki sahibinin statusu, sosial mövqeyi və nəhəng nüfuzunu əks etdirmək məqsədini güdür. Müxtəlif hündürlükdə yeddi şpil ilə vurğulanan formalarının yüngüllüyü və çəkisizliyi, ən yaxşı ənənələrdə və qədim Assuriya üslubunda mozaika təsvirləri ilə işlənmiş zəngin memarlıq dekoru ilə vəhdətdə ifadəli qüllə şəklində möhtəşəm həll edilmiş künc fasadı az qala fantastik təəssürat yaradır və sanki bizi bir növ nağıl dünyasına aparır. Sahibinin tükənməz təxəyyülü, memarın incə zövqü və icra keyfiyyəti müxtəlif mədəniyyətlərin təsirlərini özündə cəmləşdirməyi və üzvi şəkildə sintez etməyi bacaran sırf Bakı memarlığının əsl şah əsərini yaradır.

Bir vaxtlar İsa bəy Hacınskinin bütün ailəsi bu sarayda yaşayırdı - onun heç də az nəcabətli olmayan Xanlarovlar nəslindən olan həyat yoldaşı Xeyransa xanım, oğulları Sadıq bəy, Əhməd bəy, Əli bəy və qızı Zübeydə xanım. 

Bina həm də böyük balların keçirilməsi üçün elə nəzərdə tutulmuşdu ki, uzaqdan gələn çoxsaylı qonaqlar burada bir neçə gün qala bilsinlər. Təəssüf ki, həm ailə malikanəsinin, həm də sahiblərinin tarixi o fırtınalı və bəzən də gözlənilməz dövrə uyğun olaraq dramatik şəkildə inkişaf etdi. Sahil küçəsindəki saraya ciddi ziyan dəyməsi ilə müşaiyət edilən 1918-ci ilin mart faciələri ailədən yan keçmədi. Bundan az sonra, 1919-cu ilin yanvarında İsa bəy Hacınski dünyasını dəyişdi.

Hər bir Bakı malikanəsi arxasında onun keçmişi, sahibləri və onlarla birlikdə bütün dövrün tarixi durur. İsa bəy Hacınskinin sarayı bunun bariz nümunəsidir. Gur çiçəklənmə dövrü keçmiş, erməni daşnakları və bolşeviklərinin qanlı ifratlarını müşahidə etmiş, milliləşdirmə yaşamış bu ev ötən əsrin bütün təlatümlü tarixini özündə cəmləşdirib.

Sevindirici haldır ki, bu gün Hacınskinin evinin fasadı onun görkəmli sakinlərinin və qonaqlarının xatirəsini əbədiləşdirən xatirə lövhələri ilə bəzədilib. 


İradə ƏLİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Yəmən parlamentinin sədri: İƏT-in Bakı Sessiyası İslam birliyinə töhfə verəcək

12:59
24 İyun

Şimali Kipr parlamentinin sədri Bakıda keçirilən tədbirdə həmrəyliyə çağırış edib

12:51
24 İyun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

12:49
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!