15 İyun 2025 09:55
771
İQTİSADİYYAT
A- A+
Sərhədsiz enerji

Sərhədsiz enerji


Küləkdən istifadənin imkanları və çağırışları


Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması bəşəriyyətin prioritet məsələlərindəndir. Enerji sənayesi hazırda 1950-ci ildən bəri 16 dəfədən çox artaraq sürətlə inkişaf edir. İstehsal və istehlak etdiyimiz enerjinin təxminən 81 faizi bərpaolunmayan fosil yanacaqlardır. Bu səbəbdən alternativ və "yaşıl enerji" mənbələri son illərdə daha da aktuallaşıb.

Bərpaolunan enerji mənbələri arasında külək enerjisi xüsusilə aktualdır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) dərc etdiyi "Future of Wind - Külək enerjisinin gələcəyi" adlı hesabata əsasən, qlobal külək enerjisi gücü 2050-ci ildə elektrik enerjisi tələbatının, təxminən, 35 faizini qarşılayacaq.

Ekoloji təmiz enerji mənbəyi kimi külək enerjisinin əhəmiyyətini vurğulamaq, ondan istifadənin genişləndirilməsini təşviq etmək və bu sahədə maarifləndirmə aparmaq məqsədilə 15 İyun Dünya Külək Günü kimi təsis edilib. Əlamətdar gün ilk dəfə Avropa Külək Enerjisi Assosiasiyası və Qlobal Külək Enerjisi Şurasının təşəbbüsü ilə 2007-ci ildə Avropada qeyd edilib. 2009-cu ildə dünya festivalı statusu alıb, 30-dan çox ölkə bu bayrama qatılıb.


Küləkli günlərin sayı artıb


Ölkəmiz coğrafi mövqeyi və relyefi ilə alternativ enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir. Dövlət Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinin tədqiqatlarına əsasən, Azərbaycanın külək enerjisi potensialı təxminən 3000 meqavat (MW) həcmində qiymətləndirilir. Bu həm quru, həm də dəniz külək elektrik stansiyalarının inkişafı üçün əhəmiyyətli imkanlar yaradır. Xüsusilə Abşeron yarımadası və Xəzəryanı bölgələr yüksək külək potensialına malikdir. Bu ərazilərdəki davamlı külək sürətləri külək turbinlərinin effektiv işləməsi üçün ideal şərait yaradır.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova qəzetimizə verdiyi açıqlamada bildirib ki, 2025-ci ilin ötən ayları ərzində ümumi olaraq Bakı və Abşeron yarımadasında 73 gün, bölgələrdə isə 89 gün küləkli hava şəraiti müşahidə olunub. O qeyd edib ki, küləkli günlərin sayı cari ilin ötən ayları ərzində Bakı və Abşeron yarımadasında daha çox müşahidə olunub və küləyin maksimal sürəti aprel ayında 34 m/san təşkil edib. 

Son illərdə hava şəraiti ilə bağlı sarı, qırmızı və narıncı xəbərdarlıqlara tez-tez rast gəlinir. Bu rəng kodları, əsasən, ekstremal hava hadisələrinin ciddiliyini və onların potensial təsirlərini göstərmək üçün istifadə olunur. Xidmət rəsmisi bildirib ki, 2025-ci ilin ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ümumilikdə ölkə üzrə 42 dəfə rəng şkalasına uyğun olaraq sarı, narıncı və qırmızı xəbərdarlıq verilib.

Sarı xəbərdarlıq hava şəraitinin potensial təhlükəli olduğunu bildirir. Bu xəbərdarlıq zamanı insanlar diqqətli olmalı və hava şəraitinin dəyişikliklərini izləməlidir. Adətən, güclü külək, yağış və ya qarla bağlı olur, lakin həyat üçün ciddi təhlükə yaratmaz. Narıncı xəbərdarlıq daha ciddi təhlükələrə işarə edir. Bu xəbərdarlıq zamanı hava şəraiti ciddi zərərlərlə və qəzalarla nəticələnə biləcək vəziyyətlərə səbəb ola bilər. İnsanlar narıncı xəbərdarlıq zamanı lazımsız səyahətlərdən çəkinməli və ehtiyat tədbirləri görməlidirlər. Qırmızı xəbərdarlıq isə ən yüksək təhlükə səviyyəsidir. Bu, ekstremal hava şəraitinin həyati təhlükə yarada biləcəyini göstərir. Bu xəbərdarlıqda insanlar evdə qalmalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

Külək enerjisi təmiz, bərpaolunan enerji mənbəyi kimi bir çox üstünlüklərə malikdir. Ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, bu təbii enerjinin əsas üstünlüyü onun karbon emissiyasız olması, atmosferə istixana qazları, hava çirkləndiriciləri və zərərli əlavə məhsullar buraxmamasıdır: "Külək enerjisi təkcə iqlim dəyişikliyinə töhfə vermir, həm də ətraf mühitə təsirimizi azaltmağa kömək edir. Bu enerjiyə keçid fosil yanacaqlardan asılılığımızı əhəmiyyətli dərəcədə azalda və qlobal istiləşmə ilə mübarizə apara bilər. Külək enerjisinin istehsalı zamanı su ehtiyyatlarından istifadə olunmur. Torpağa və hava keyfiyyətinə heç bir zərəri yoxdur. Ən əsası isə o, Paris İqlim Sazişinin hədəflərinə daha uyğun bir enerji növüdür. Bu enerji növünün istehsalına üstünlük verilməsi sazişdəki hədəflərə çatmağa yardım edəcək".


2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerjidəki payının 30 faizə çatdırılması planlaşdırılır


Külək-elektrik stansiyaları qurulmazdan əvvəl həmin ərazidə küləyin potensialı ölçülür. Onun sürəti, istiqaməti və turbulentliyin intensivliyi enerji potensialının qiymətləndirilməsi üçün vacibdir. Bunun üçün anemometrlər və əlavə sensorlar ilə təchiz olunmuş 85-100 metr hündürlüyündə meteoroloji dirəkli Külək Ölçmə Müşahidə Stansiyalarından (ÖMS) istifadə olunur. Ekoloq bildirib ki, Yeni Yaşma KES, Səngəçal Terminalı yaxınlığında və Quba rayonunun Xaltan kəndində qurulmuş ÖMS-lər, həmçinin Xızı və Abşeron rayonu ərazilərində qurulmuş 5 ÖMS hazırda fəaliyyətdədir.

Azərbaycanda quruda külək enerjisinin potensialı 3 qiqavat, Xəzər dənizinin ölkə akvatoriyasında isə 157 qiqavat təşkil etdiyi bildirilir. Xəzəryanı bölgələrdə, xüsusilə Abşeron yarımadasında illk orta külək sürəti 6-9 metr/saniyə təşkil edir ki, bu da enerji istehsalı üçün ideal bir göstəricidir. 2024-cü ildə külək enerjisi üzrə yeni rekordlara nail olunduğunu deyən Cəmşid Bəxtiyar qeyd edib ki, Çin, ABŞ və Almaniya kimi ölkələrdə dənizdə qurulan külək stansiyaları sürətlə inkişaf edir. Çünki dənizin səthində küləyin sürəti daha yüksək, maneələri isə yoxdur. Dəniz səthində küləyin potensialından istifadə üçün imkanlar daha yüksəkdir.

Mütəxəssis deyib ki, 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerjidəki payının 30 faizə çatdırılması planlaşdırılır. Ölkəmiz bərpaolunan enerji sektorunu inkişaf etdirmək üçün beynəlxalq təşkilatlar və xarici investorlarla əməkdaşlıq edir. Külək enerjisinin imkanlarından, potensialından maksimum istifadə etdikcə başqa ölkələrə enerji ixrac etmək imkanlarına malik olacağıq.

"2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi və bu konseptin həyata keçirilməsi artıq bu zonalarda da "yaşıl enerji", xüsusilə Günəş və külək enerjisi ilə bağlı layihələrin başlandığını göstərir. Laçın, Kəlbəcər və Zəngilan rayonlarında külək  və Günəş enerjisi potensialı hazırda araşdırma mərhələsindədir. Araşdırmaların ilkin nəticələrinə istinad edərək deyə bilərik ki, Laçın, Kəlbəcər və Zəngilan zonaları külək və Günəş enerjisi baxımından yüksək göstəricili zonalardır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu artırmaqla qlobal enerji təhlükəsizliyinə töhfə verir", - deyə Cəmşid Bəxtiyar vurğulayıb.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!