23 Sentyabr 2026 09:40
416
İQTİSADİYYAT
A- A+
Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir


Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr və bu istiqamətdə görülən işlər müzakirə edilmişdir.

Müşavirədə qeyd edilmişdir ki, dövlət proqramında müəyyənləşdirilən hədəflərə uyğun olaraq aqrar sahənin inkişafı, istehsalın və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və fermerlərin fəaliyyət imkanlarının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Dövlət proqramının icrası ilə bağlı təsdiq edilmiş İş Planına uyğun olaraq rayon ərazisində kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən təsərrüfatlara baxış keçirilmiş, fermerlərlə görüşlər təşkil olunmuş, onların qarşılaşdıqları problemlər yerində öyrənilmişdir.

Şəmkir Aqroparkında keçirilən görüşdə müəssisənin mövcud vəziyyəti, bağçılıq sahəsində planlaşdırılan tədbirlər, həmçinin su resurslarından səmərəli istifadə məqsədilə nəzərdə tutulan layihələrin müzakirəsi də aparılmışdır. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək, kənd təsərrüfatının rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd etmiş, dövlət proqramından irəli gələn vəzifələrin icrası zamanı aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin və fermerlərin qarşılaşdıqları problemlərin operativ həllinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Bağçılıq və istixana təsərrüfatlarına baxış zamanı isə bu sahələrin inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilmişdir. Bildirilmişdir ki, dövlət proqramında intensiv bağçılığın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, istixana təsərrüfatlarının müasirləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsi istiqamətində bir çox tədbir nəzərdə tutulmuşdur. 

Müşavirədə o da bildirilmişdir ki, rayonun əlverişli iqlim şəraiti və formalaşmış aqrar infrastrukturu, həmçinin sahibkarların zəngin təcrübəsi bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Heyvandarlıq təsərrüfatlarında   yüksək məhsuldar cins inəklərin sayının artırılması, yem bazasının gücləndirilməsi, baytarlıq xidmətlərinin əlçatanlığının təmin edilməsi və müasir təsərrüfat idarəçiliyinin tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilmişdir. Dövlət proqramında heyvandarlığın inkişafı üzrə müəyyənləşdirilən hədəflərin rayonda həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi və istehsal imkanlarının artırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!