28 Iyul 2024 09:25
146
İQTİSADİYYAT
A- A+

Sayca 12-ci Aqrar Biznes Festivalı

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Yardımlı rayonunda baş tutub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Aqrar Biznes Festivalına Yardımlı, Lerik, Astara, Lənkəran, Masallı rayonlarından fermerlər qatılıblar. Yardımlı Heydər Əliyev Mərkəzində keçirilən festivalda yüzlərlə fermer kənd təsərrüfatındakı yeniliklərlə tanış olub. Festivalda iştirak edən dövlət qurumları öz xidmətləri barədə təqdimat edib, fermerlərin sorğularını cavablandırıblar.

Festivalda müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar, yeni texnologiyalar nümayiş etdirilib. Tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb, həmçinin Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri istehsal etdikləri məhsulların nümayişini və satışını həyata keçiriblər. Festivalda COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları sərgilənib.

Bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalarla bağlı məlumatları fermerlərlə bölüşüb. Festivalda özəl şirkətlərin aqronomları tərəfindən fermerlərə təlim keçirilib. Təqdimatdan sonra fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Yardımlı rayonunda keçirilən Aqrar Biznes Festivalı cari ildə təşkil edilən sayca 12-ci festivaldır. Aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirən festivallarda maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.

                     

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video