Azərbaycanın "yaşıl gündəliyi"ndə külək enerjisinin öz yeri var
COP29-a hazırlaşırıq, əslində isə, Azərbaycanın "yaşıl gündəliyi" bu qlobal tədbirin ölkəmizdə keçirilməsinə qərar veriləndən xeyli əvvəl başlanıb. Dövlətimizin "yaşıl enerji" ilə bağlı xüsusi strategiyasında külək enerjisi istehsalı da önəmli yer tutur və bu, təsadüfi deyil.
Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı hesabata görə, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada Avstraliyadan sonra 2-ci ölkədir. Azərbaycandan sonra isə bu siyahıda Şri-Lanka və Türkiyənin adı yer alır.
Külək enerjisi küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bu, alternativ (bərpaolunan) enerji mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Qiymətləndirmələr göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə
7-8 metr təşkil edir. Deməli, külək enerjisindən istifadə imkanlarımız genişdir.
Keçən ilin oktyabr ayında Prezident İlham Əliyev "Qaradağ" Günəş-Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonası elan olunduğunu bir daha vurğulayıb. Dövlətimizin başçısı külək enerjisindən də danışaraq deyib: "Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin,
10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür. Hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır".
Azərbaycan bu sahədə də bir sıra tanınmış xarici şirkətklərlə tərəfdaşlıq edir. Bunlardan biri Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətidir. Bu şirkətlə tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası xüsusi əhəmiyyət kəsb edir. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində qoyuldu. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda Xızı rayonunun ərazisində yerləşən 50 MVt gücündə "Yeni Yaşma" Külək-Elektrik Stansiyasında
20 külək turbini var və onların hər birinin gücü 2,5 MVt-dır. Bu layihədə isə təxminən 37 külək turbini olacaq və hər biri 6,5 MVt gücündə planlaşdırılıb.
Layihənin investisiya dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir. "Xızı-Abşeron" stansiyasında ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin elektrik enerjisi ilə təmin olunması deməkdir. Bu layihənin həyata keçirilməsi ilə ildə atmosferə atılan 400 min tondan artıq karbon qazı emissiyasının qarşısı alınacaq. Bu da təbii ki, ekoloji baxımdan əhəmiyyət daşıyır. Həmçinin ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Beləliklə, layihə ekoloji faydaları ilə qlobal iqlim hədəflərinə yaxınlaşmağa kömək edəcək.
Bu il iyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsi zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "ACWA Power" şirkətinin nümayəndələri ilə görüşündə bildirildi ki, stansiya gələn il istismara veriləcək. Elə həmin görüşdə "Xızı-Abşeron"un inşası ilə yanaşı, 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələrinin ixrac imkanları çərçivəsində icrasına dair müzakirələr aparıldı. BESS layihəsi üzrə proseslərin sürətləndirilməsi razılaşdırıldı.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlərdə "TotalEnergies" və "Saypem" şirkətləri ilə də külək enerjisi sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olundu.
Bir neçə aydan sonra COP29-a toplaşan çoxsaylı qonaqlarımız Azərbaycanın təbiəti və iqlimi ilə yaxından tanış olacaqlar. Onlar Bakımızın küləyini də, bu təbiət hadisəsini sərvətə çevirdiyimizi də əyani görəcəklər. Təbii ki, bu sahədə yeni layihələrin ideyası yaranacaq, yeni başlanğıclara imza atılacaq.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Birinci Türkoloji Qurultay - türk əsrinin təməl daşı
28 Iyul
Duyğularını əsərlərində canlandıran rəssam
28 Iyul
Ömrünün 60 ilini pedaqoji fəaliyyətə həsr edən alim
28 Iyul
Şəmkirin kartof sahələrində bol məhsul yetişdirilib
28 Iyul
Sayca 12-ci Aqrar Biznes Festivalı
28 Iyul
Cəlilabadda üzüm yığımına başlanılıb
28 Iyul
Muğanlı kəndinin uşaqları təzə məktəbdə təhsil alacaqlar
28 Iyul
Əhali gəlirlərini əsasən nəyə xərcləyir?
28 Iyul
AFAQ qadın sahibkarların böyük dəstəkçisidir
28 Iyul
Azərbaycanın "yaşıl gündəliyi"ndə külək enerjisinin öz yeri var
28 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!